Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Revanşizmin “zühuru” və ya Koçaryanın Rusiya ümidi

Revanşizmin “zühuru” və ya Koçaryanın Rusiya ümidi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın ikinci prezidenti Ukrayna ilə bağlı durumdan həvəslənib

Son günlər ABŞ-ın yeni rəhbərliyinin Rusiya ilə danışıqlar aparmaq istəyi, o cümlədən Ukrayna böhranının Moskvanın xeyrinə həll ediləcəyinə dair ehtimallar Ermənistanın revanşist-şovinist kəsimində “fəallıq” yaradıb. Ölkənin ikinci prezidenti Robert Koçaryanın tələsik mətbuat konfransı keçirməsi, yəni varlığını göstərməsi, eləcə də tədbirdə bildirdikləri bunu deməyə əsas verir.

Görünür, Koçaryan yenidən hakimiyyətə qayıtmaq üçün həvəslənib. Heç şübhəsiz, o, Qərbin Ermənistandakı mövqelərinin zəifləyəcəyinə, Rusiyanın ümumən Cənubi Qafqazda təşəbbüsü ələ alacağına ümid bəsləyir. Bu ümiddə bir çox məqamlar var və yazımızda onlardan söz açacağıq. O cümlədən, ölü vəziyyətə düşmüş erməni avantürizmini yeni qiyafədə diriltmək niyyətlərinə də nəzər salacağıq.

Əvvəla, onu bildirək ki, R.Koçaryan Ermənistanda qarşıdan gələn seçkilərdə aktiv iştirakla bağlı fikirlərini bölüşüb. O, detallara getməsə də, hakimiyyətə qarşı mübarizənin bütün yollarına – küçə aksiyalarına, növbədənkənar seçkilərin keçirilməsinə əl atılacağına dair mesajlar verib və özünü ağıllı göstərərək vurğulayıb ki, görüləcək işlərə praqmatik formada yanaşmaq lazımdır.

Koçaryanda “praqmatik təfəkkürün” yaranması Rusiyanın Qərb cəbhəsi üzərində qalib gəlib-gəlməyəcəyindən asılıdır. Başlıca məqam budur ki, onun rəhbərlik etdiyi revanşistlər Moskvanın güclənməsini seçkilərdə qalib gəlib baş nazir Nikol Paşinyan administrasiyasını devirmək, Azərbaycana qarşı avantürist niyyətlər reallaşdırmaq, yenidən işğalçılıq həyata keçirmək üçün fürsət kimi dəyərləndirirlər. Bunu Robertin mətbuat konfransında səsləndirdikləri də təsdiqləyir. Məsələn, o, Bakı–İrəvan sülh prosesinə dair fikirlərini bölüşərkən deyib ki, Ermənistan hakimiyyəti sülhə nail ola bilər, amma hazırkı danışıqlar formatı praktik nöqteyi-nəzərdən əlverişsizdir. Başqa sözlə desək, rəsmi İrəvan barış müqaviləsini imzalayacaq, ancaq gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi yaşansa, ölkə yenidən Azərbaycana qarşı çıxacaq və sazişin əhəmiyyət qalmayacaq.

Bəli, R.Koçaryan sülh istəmir, bu məxluqun dilə gətirdiyi bütün fikirlər barış mühitini təhdiddir. O, açıq şəkildə də bildirir ki, sülh sazişi imzalana bilər, lakin barış davamlı olmayacaq. “Çünki bu sazişləri kimin poza biləcəyi ilə bağlı heç bir məhdudiyyət mexanizmi yoxdur”,– deyən Koçaryanın zamanında Rusiyaya arxalanaraq, Bakı ilə İrəvan arasında normallaşma xəttini nəzərdə tutan bir çox prosesləri pozduğunu xatırlaya bilərik. Ümumən, onun 1998-ci ildə Ermənistanda hakimiyyətə gəlməsi, 1999-cu ilin parlament terroru ilə özünə əks çıxanları aradan götürməsi, mahiyyətcə sülh prosesində həmin vaxt özünü göstərməyə başlayan müəyyən pozitiv ab-havanı aradan qaldırmaq məqsədi daşımışdı...

R.Koçaryan onu da bildirib ki, Ermənistanın ən böyük səhvi danışıqları vasitəçisiz aparmasıdır. Onun düşüncəsinə görə, Ermənistan və Azərbaycan hazırda qeyri-bərabər səviyyədədir və bu səbəbdən hansısa sənəd heç vaxt müharibəni dayandırmayacaq.

Göründüyü kimi, Koçaryan tipik erməni kimi davranır. Hesab edir ki, güclü tərəf zəifi əzməlidir. Vasitəçi təminatına gəldikdə, Robert və onun təmsil olunduğu klan 1991–1993-cü illərdə həmin “təminat” hesabına torpaqlarımızı işğal etmişdi. Koçaryanın dilə gətirdikləri, əslində, o dövrün xiffətini çəkməkdir. Yəni, vasitəçi kimi görmək istədiyi tərəf Rusiyadır. Koçaryan ən yaxşı təminat baxımından güclü ordu amilini də qabardır ki, aydındır ki, bu, söz xətrinə deyilmiş sözdür. Çünki Ermənistan heç nəyə öz ordusunun köməyi ilə nail olmayıb.

“Ermənistan sülh müqaviləsi prosesini indiki nöqtəyə gətirməməli idi. Onlara (Ermənistan hakimiyyətinə – red.), guya, sülh yaratdıqlarını bəyan etmək üçün yelləyəcəkləri kağız lazımdır. Əsas odur ki, “sülh” sözü var, məzmun isə önəmli deyil. Çoxları məzmunu oxumur, ancaq başlıqları rəhbər tutur və Nikol Paşinyan bunu çox gözəl anlayır. Onun bacardığı məhz budur. Onun bacardığı diplomatiya deyil, sülh deyil, müharibə deyil. Çünki o, həm diplomatiyanı, həm də müharibəni uğursuzluğa düçar edib”, – deyən R.Koçaryanın var gücü ilə hazırkı erməni hakim komandasını gözdən salmağa çalışdığı aydındır. Onun sözlərinə görə, Paşinyan dalana dirənib və ölkəni özünün irəli sürdüyü “Dünyanın kəsişməsi” təşəbbüsü kimi satmaq istəyir.

Qeyd edək ki, “Dünyanın kəsişməsi” mahiyyətcə erməni avantürizmini Rusiyanın təsir alətindən çıxararaq, Qərbin egidasına təhvil verməkdir. Paşinyanın və onun Qərbdəki dostlarının çalışdığı həmin təşəbbüsün köməyi ilə Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaqdır. Hazırda R.Koçaryan buna qarşı qətiyyətli və möhkəm cəbhə açmaq arzusundadır. Ona görə də 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın üzərində dayanır. Əlbəttə ki, sənədin Ermənistan üçün kapitulyasiya aktı olması reallığını qəbul etmir. Üstəlik, bəyanatın hazırda yerinə yetirilməyən Naxçıvana yol müddəasına manipulyativ yanaşır, böyük ölçüdə Qarabağ ermənilərinin bölgəyə qayıtmalarından danışır. Daha dəqiq desək, bu qayıdışın üçtərəfli bəyanata əsasən reallaşmasından. Başqa sözlə desək, Qarabağ avantürası baxımından Rusiyanın vacibliyi amilini qabardır.

Nəzərə alaq ki, üçtərəfli bəyanatın ayrı-ayrı punktları mübahisələndirməyə, müxtəlif interpretasiyalara açıq sayıla bilər. Amma aydındır ki, Azərbaycan rəhbərliyi hər bir halda, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhələndirəcək hansısa sənədə imza atmayıb. Koçaryan isə zəif qandığı diplomatiyaya baş vurur və Qarabağ ermənilərinin bölgəyə qayıdışını sənədin Naxçıvana yol müddəasının yerinə yetirilməsi üçün şərt olaraq qondadır. Elə məhz buna görə də qayıdış məsələsini Bakı–İrəvan sülh prosesinə daxil etməkdən söz açır. “Ehtimal son dərəcə kiçik olsa da, var. Lakin bu kiçik ehtimaldan istifadə edilməlidir”, – deyən Koçaryanın fikrincə, məsələ Paşinyan iqtidarının Qarabağa qayıdışı istəməməsi səbəbindən reallaşmır.

Əslində, Ermənistanın ikinci prezidentinin bildirdikləri keçilmiş yoldur. Məsələn, o, Qarabağ ermənilərinin bölgəyə qayıtmaları ilə bağlı beynəlxalq təminatlardan söz açır. Məgər N.Paşinyan və komandasının üzvləri buna nail olmağa çalışmamışdılar? Çalışmış və istəmişdilər ki, qayıdış məsələsi sülh müqaviləsində yer alsın. Rəsmi Bakı isə çox haqlı olaraq Qərbi Azərbaycana qayıdış məsələsini qaldırmışdı. Yəni, insanların yaşayış yerlərinə dönmələri varsa, prosesə kompleks şəkildə yanaşılmalıdır. Nəzərə alaq ki, vaxtilə Ermənistandan köçüb Azərbaycana gələn azərbaycanlıların sayı, Qarabağdan köçüb Ermənistana sığınan hayların sayından iki dəfə çoxdur.

Onu da bildirək ki, rəsmi İrəvan Koçaryanın barəsində söz açdığı Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsini 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən əvvəl də gündəmə gətirmişdi. Lakin Azərbaycan buna razılıq verməmişdi. Çünki məsələ özündə ölkəmizin konstitusion quruluşunu şübhələndirmək, Qarabağdakı separaçı quruluşu saxlamaq əzmini daşıyırdı.

Separatçılardan söz düşmüşkən, Koçaryan Bakıda məhkəmə prosesləri davam edən ermənilərdən də danışıb. O, həmin proseslərə nəzərən də Paşinyan iqtidarına qarşı antipatiya yaratmağa girişib, sözlərindən belə çıxıb ki, rəsmi İrəvan separatçı rejimin liderlərini Qarabağdan çıxarmaq istəməyib. Onun özünün bu istiqamətdə hansı addımlar atmasına gəlincə, Koçaryan 2023-cü ilin sentyabrında gündə on dəfə oyuncaq liderlərlə əlaqə saxladığını və hətta onları qurtarmaq üçün tədbirlər gördüyünü vurğulayıb. Söhbət hansı tədbirlərdən gedir, bu yerdə, Robertin dedikləri gülməlidir. O bildirib ki, göstərdiyi cəhdlər haqqında özünün ikinci kitabında yazacaq, hələlik təfərrüatları açıqlamaq istəmir.

Əlbəttə, Koçaryanın Qarabağdakı separatçı rejimin keçmiş liderlərinin ələ keçməmələri, indiki aqibətlə üzləşməmələri üçün qapısını döyəcəyi tək ünvanın Kreml olduğunu ehtimal etmək çətin deyil. Axı istər, o, istərsə də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Rusiya rəhbərliyinin qucağında oturmuş nadinc uşaqlar idilər. Görünür, kifayət qədər, möhkəm otura bilmədilər, yaxud qucaq onları saxlayacaq potensialını itirdi.

Ancaq Koçaryan hazırkı qlobal kataklizmlər və Ukrayna ilə bağlı proseslərin fonunda durumun dəyişdiyini düşünə bilər. Əvvəldə də bildirdik ki, onun tez-tələsik mətbuat konfransı keçirməsi və varlığını ortaya qoyması adi məsələ deyil. Koçaryan yekun nəticədə Ermənistandakı rusbaşlıları hərəkətə keçirməyə çalışır və qarşıdakı müddətdə bu meyilin daha da güclənəcəyini düşünmək mümkündür. Hələlik isə Robert, necə deyərlər, kontrabasda təkdir. Tək olsa da, yalnız Qarabağ avantürasını diriltmək niyyətlərindən söz açmır, eyni zamanda, həmin avantüranın baş nazir N.Paşinyan tərəfindən ortaya qoyulmuş Qərb seqmentini gözdən salmağa cəhd göstərir. Bu məqsədlə, o, Ermənistanın Avropa İttifaqına qoşulmaq istəklərini əhəmiyyətsiz cəhd kimi dəyərləndirir.

Bəli, R.Koçaryan son dərəcə incə mətləblərə toxunur. Məsələn, o, ABŞ-ın hazırkı administrasiyasının anti-Avropa kursunun “Köhnə qitə”də doğurduğu xəyalqırıqlığı üzərinə oyun oynayır və belə bir məkana inteqrasiyanın heç bir fayda verməyəcəyini qabardır, dolayısı ilə Ermənistanın nicat yolunun Rusiya olduğu təsəvvürünü aşılayır. Heç şübhəsiz, Rusiyalı Ermənistanı Qarabağlı və digər avantürist niyyətlərə, o cümlədən işğalçılığa, 44 günlük müharibə ilə itirilmişləri bərpa etməyə hazır Ermənistan qismində təsəvvürə gətirir.

Əlbəttə, təkcə Koçaryanın və onun kimi düşünən faşist təfəkkürlülərin, müharibə canilərinin yaddan çıxardıqları bir məqam var ki, o da hazırkı Azərbaycanın vaxtilə əraziləri işğal edilmiş zəif Azərbaycan olmamasıdır. Üstəlik, robertlər, serjiklər və digər sərsəmlər Moskvaya yalmanmaq üçün fürsət tapdılarını zənn edib sevinməkdənsə, Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri qulaqlarında sırğa etsələr daha yaxşıdır. Konkret olaraq, Koçaryan nəzərə alsın ki, dövlətimizin başçısının xəbərdarlığına etinasız yanaşmaq onun özü üçün də Bakı həbsxanasında soyuq hücrə deməkdir. Həm də ona görə ki, məhbus həyatı yaşamağa tam layiqdir. Yazımızı isə ölkəmizin liderinin haqqında söz açdığımız xəbərdarlığını diqqətə çatdırmaqla bitiririk: “Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri