Icma.az
close
up
RU
Reyn çayında suyun temperaturu 2100 cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

Reyn çayında suyun temperaturu 2100 cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 12 iyul, AZƏRTAC

İqlim dəyişikliyi nəticəsində Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər. Bu, həm ekologiyaya, həm də iqtisadiyyata ciddi təsirlər göstərə bilər. Xüsusilə çayın cənub hissələri - İsveçrədən Karlsruhe şəhərinə qədər olan ərazi daha çox təsirə məruz qalacaq.

AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın Su Hövzələri üzrə Federal İdarəsinin (BfG) və Niderlandın Deltares Tədqiqat İnstitutunun Reyn çayının mühafizəsi üzrə Beynəlxalq Komissiya (IKSR) üçün apardığı birgə araşdırmanın nəticəsində qeyd olunub.

Araşdırmada bildirilib ki, Reyn çayı iqlim dəyişikliyi nəticəsində nəzərəçarpacaq dərəcədə istiləşir. Artıq bu prosesin təbiətə və iqtisadi fəaliyyətlərə mənfi təsir göstərdiyi, gələcəkdə bu təsirlərin daha da güclənəcəyi vurğulanıb. Alimlər suyun hərarətinin artmasının birbaşa havanın temperaturunun yüksəlməsi ilə bağlı olduğunu qeyd ediblər.

Aparılan araşdırmalara əsasən, əsrin ortalarına qədər çayın suyu 1,1-1,8 dərəcə istiləşə bilər. 2100-cü ilə qədər isə orta illik temperaturun 2,9 ilə 4,2 dərəcə arasında yüksələcəyi gözlənilir.

Hazırda Reyn çayında suyun temperaturu ilin təxminən 170 günü 10 dərəcədən aşağı olur. Lakin bu rəqəmin 104 günə düşə biləcəyi ehtimal edilir. Eyni zamanda, il ərzində suyun temperaturunun 21,5 dərəcədən yüksək olduğu günlərin sayı 32-dən 106-ya qədər arta bilər. Bu günlərin təxminən 50-sində suyun temperaturunun orta hesabla 25-28 dərəcə arasında ola biləcəyi vurğulanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri