Babək prospektinə çıxan yol hələ nə qədər bağlı qalacaq? VİDEO
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda aylarla davam edən tikinti sürücülərin ciddi narazılığına səbəb olub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, Xaqani Rüstəmov küçəsindən Babək prospektinə çıxan yolun uzun müddətdir bağlı qalması nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
APA TV-nin əməkdaşının sorğusuna cavab verən sürücülər vəziyyətdən narazı olduqlarını bildiriblər.
“Hər gün yollar bağlıdır. Artıq bezmişik. 20 dəqiqəlik yolu bir saata gedirik. Sanki tikintini uzatmaqla səbrimizi sınayırlar”, – sürücülərdən biri deyib.
Sözügedən yolun aylardır bağlı olması səbəbindən sürücülər Babək prospektinə çıxmaq üçün alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə onların əlavə vaxt itirməsinə, digər küçələrdə nəqliyyat sıxlığının artmasına səbəb olur.
Hər gün eyni problemlə üzləşən sürücülər tikinti işlərinin tezliklə yekunlaşdırılmasını və yolun istifadəyə verilməsini istəyirlər.
Sürücüləri düşündürən əsas sual isə budur: tikinti nə vaxt başa çatacaq və bu ərazidə nəqliyyatın normal hərəkəti nə zaman bərpa olunacaq?
Videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Noyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















