Reysin yenidən bərpası olduqca pozitiv mühit formalaşdırdı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası təkcə nəqliyyat əlaqələrinin genişlənməsi deyil, həm də Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarına verdiyi önəmin növbəti göstəricisidir. Bu addım illərdir iki ölkə arasında sıx əlaqələrin qorunmasına, insanların rahat və təhlükəsiz şəkildə gediş-gəliş etməsinə xidmət edir. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların ailə, təhsil və iş əlaqələri baxımından bu reysin yenidən fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır.
Deputat Arzuxan Əlizadə mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, may ayının 26-da Bakı-Tbilisi-Bakı qatar reysi bərpa olunur və bu, Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində reallaşıb:
"Uzun müddətdir quru sərhədləri bağlıdır və regionda baş verən hadisələr fonunda məsələyə Azərbaycanın dövlət təhlükəsizliyi, milli və dövlət maraqları kontekstindən yanaşmaq vacib idi. Bu səbəbdən Bakı-Tbilisi-Bakı qatar reysi də uzun müddət fəaliyyətini dayandırmışdı.
Nəhayət, Azərbaycan dövləti mövcud təhlükələri nəzərə alaraq qərar verdi və reysin yenidən bərpası olduqca pozitiv mühit formalaşdırdı. Məlumdur ki, Gürcüstan ərazisində, Borçalıda təxminən yarım milyona yaxın soydaşımız yaşayır. Onların gediş-gəliş imkanlarının genişlənməsi, eləcə də Azərbaycanda yaşayan yaxın qohumlarının Gürcüstana rahat səfər edə bilməsi baxımından bu qərar xüsusi əhəmiyyət daşıyır".
Deputat deyib ki, qərarın verilməsi olduqca mühüm və müsbət hadisə kimi qiymətləndirilir:
"Artıq gündəlik reyslərin qrafiki də müəyyənləşdirilib. Hər gün Bakıdan Tbilisiyə, həmçinin Tbilisidən Bakıya qatarlar qrafik üzrə hərəkət edəcək. Bununla da ilkin addım atılmış olur və bu, olduqca müsbət hadisə kimi dəyərləndirilir",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycan regionda yeni mühit formalaşdırdı
04 İyun 2025 13:54
17 reysin istiqaməti qonşu aerodromlara dəyişdirilib...
08 Avqust 2025 18:23
Astana aeroportu altı reysin gecikməsi barədə xəbərdarlıq etdi
12 Yanvar 2026 17:34
Bakı Tbilisi marşrutu üzrə ilk reysin VAXTI AÇIQLANDI RƏSMİ
19 May 2026 11:12
Professor: Möminə Xatun türbəsinin qorunması və bərpası olduqca əhəmiyyətlidir
12 Avqust 2026 16:07
Baxış sayı:157
Bu xəbər 20 May 2026 18:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları