Icma.az
close
up
RU
“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib

“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəssamların yaradıcılıq baxışının kağız üzərində ifadəsini geniş ictimaiyyətə təqdim etmək məqsədilə "Təsviri Sənət Kağızda" adlı yaradıcılıq sərgisinə müraciətlərin qəbulu başlayıb. Sərgi həm də kağız üzərində işlənmiş əsərlərə marağın artırılmasını hədəfləyir.
Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu Boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi dəstək verir.
Sərgiyə kağız üzərində işlənmiş qrafika, miniatür, sulu boya və eskizlər təqdim oluna bilər. İştirak üçün son müraciət tarixi - 5 mart 2026-cı il. Əsərlər [email protected] elektron ünvanına göndərilə bilər.
İştirakçı anketi aşağıdakı məlumatları əhatə etməlidir:
    • Əsərin fotosu
    • Əsərin adı
    • Ölçü və texnika
    • Təvəllüd
    • Əlaqə məlumatı
    • Soyad, ad
Tələb olunan ölçü maksimum 35x55 sm-dir. Mövzu sərbəstdir. Yaş həddi - 18 yaşdan yuxarı. Hər iştirakçı ən çox 3 əsər təqdim edə bilər. Seçilmiş 100 əsər sərgilənəcək və sərginin online kataloqu hazırlanacaq. Sərgilənən əsərlər müəlliflərə geri qaytarılacaq.
Sərgi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq:
    • Ən yaxşı milli ruhlu əsər
    • Ən yaxşı klassik əsər
    • Ən yaxşı miniatür
    • Ən yaxşı eskiz
    • Ən yaxşı qrafika
    • Ən yaxşı akvarel
    • Ən yaxşı ilüstrasiya
    • Ən yaxşı müasir əsər
Sərgidə əsəri nümayiş olunan iştirakçılara sertifikat təqdim ediləcək.
Yaradıcı insanlardan incəsənət təəssübkeşliyi görmək arzusu ilə!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see247

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see235

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see180

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see174

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see160

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see150

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see149

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see124

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri