Rio Nqumoa “Çelsi”dən ayrılmasının səbəbini açıqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Liverpul”un futbolçusu Rio Nqumoa 2024-cü ilin yayında “Çelsi”dən ayrılaraq Mersisayd klubuna keçməsindən danışıb.
İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, gənc oyunçu bu qərarı yeni inkişaf yolu axtardığı üçün verdiyini bildirib:
“Özümü yeni bir sınaqda yoxlamağa ehtiyac duyduğumu hiss edirdim. “Çelsi”də qalsaydım, əsas komandaya bu qədər tez yüksələ bilməyəcəyimi demirəm. Çünki bacarığıma inanıram. Sadəcə, düşünürəm ki, “Liverpul” mənim üçün yeni yol açdı.
Mənə təqdim etdikləri plan çox aydın idi. Buna görə “Liverpul”a keçmək barədə çox düşünməyə ehtiyac qalmadı. Bacarığımı bilirdilər və deyirdilər ki, özümü sübut etsəm, mütləq əsas komandanın oyunçusu olacağam, gələcəkdə klubun ulduzlarından birinə çevriləcəyəm. İndiyədək baş verənlərə əsasən, düzgün seçim etdiyimi düşünürəm”.
Londonda doğulan və səkkiz yaşında “Çelsi”nin akademiyasına qoşulan Nqumoa anasının onun karyerası üçün etdiyi fədakarlıqlardan da danışıb:
“Anam mənim üçün çox şey edib. Onun üçün ən çətini Liverpula köçmək olub. Məndən üç-dörd ay sonra yanıma gəlmək üçün məktəbdəki işindən ayrıldı. Amma düşünürəm ki, o da burada yaşamaqdan zövq alır. Londonda dostları olduğu üçün bu dəyişiklik onun üçün çətin idi. İmkan tapdıqca ora qayıdır. Mənim və qardaşım üçün hər şeyi edir. O, möhtəşəmdir. Ona nə qədər təşəkkür etsəm, azdır”.
Qeyd edək ki, 2026-cı ildə tribunal “Liverpul”un futbolçunun hazırlığı və inkişafına görə “Çelsi”yə minimum 2,8 milyon funt sterlinq (6,39 milyon manat) ödəməsinə qərar verib.
Baxış sayı:88
Bu xəbər 11 Noyabr 2026 07:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















