Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Roberta Metsola və ikinci “Qatargate”in ayaq səsləri

Roberta Metsola və ikinci “Qatargate”in ayaq səsləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Avropa Parlamenti sədrinin sərsəmləməsinə sözardı

Prezident İlham Əliyev mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı videoçıxışında Avropa Parlamentini sərt tənqid etdi. Bəri başdan deyək ki, sərsəm fikirlərin müəllifi AP sədri Roberta Metsoladır. Bu maltalı xanımın nəyə görə tez-tələsik ortaya düşməsinin səbəbi barədə isə sonda söz açacağıq.

Bəli, Prezident İlham Əliyev AP-nin timsalında ümumən “köhnə qitə”nin bir sıra təsisatlarının Azərbaycana münasibətdəki qərəzli mövqeyini ifşa etdi, ikili standartlar siyasətinin məkrli tərəflərini açıqladı. Dövlətimizin başçısı, həmçinin sözügedən qurumun Cənubi Qafqazda barışa – Azərbaycan-Ermənistan sülhünə zidd fəaliyyət mahiyyətini vurğuladı: “Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.

Deməli, “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı gedişində AP-nin sərsəm mahiyyətli yanaşmasının bundan sonra da davamlı olacağının, bir növ, anonsu səsləndi. Anonsun müəllifi, barəsində söz açdığımız Roberta Metsoladır. O, öz aləmində, guya, Prezident İlham Əliyevə cavab verdi, halbuki dedikləri cavabdan çox, kor inad mahiyyəti daşıdı: “Hesab edirəm ki, müəyyən fikir ayrılıqları ilə müşayiət olunan görüşlər həmişə faydalıdır. Amma dərhal cavab vermək və vurğulamaq istərdim ki, Avropa Parlamenti nümayəndələri müstəqil seçkilər vasitəsilə seçilən demokratik qurumdur və qətnamələri səs çoxluğu ilə qəbul edilir. Başa düşürəm ki, onların nəticələri bəziləri üçün xoşagəlməz ola bilər. Lakin biz heç vaxt iş prosesimizi dəyişməyəcəyik və tutduğumuz mövqeləri müdafiə edəcəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı zamanı Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul etdiyini də vurğuladı: “Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.

Ölkəmiz AP-nin qərəzinə adekvat reaksiya göstərməkdə israrlıdır, bu, öz yerində. R.Metsolanın Ermənistandakı demokratiya zəngulələrinə, rəhbərlik etdiyi qurum barədəki populist düşüncələrinə gəlincə, xanım parlamentarinin yadına çox da uzaq olmayan keçmişi salaq. Axı Metsola AP-yə qurum daxilində üzə çıxmış ən böyük korrupsiya qalmaqallarından birinin – “Qatargate”in baş verdiyi dönəmdə rəhbərlik edir.

* * *

Arayış üçün bildirək ki, “Qatargate” 2022-ci ilin sonunda ortaya çıxıb və AP deputatlarının xarici ölkələrdən rüşvət alması iddiaları ilə bağlıdır. Daha dolğun ifadə etsək, “Qatargate” xarici dövlətlərin Avropa siyasətinə rüşvətlə müdaxiləsi iddialarını üzə çıxaran böyük korrupsiya qalmaqalıdır. Məsələ ondadır ki, AP üzvləri və onlarla əlaqəli şəxslər Qətər, müəyyən hallarda Mərakeş və Mavritaniya tərəfindən pul, hədiyyə və digər imtiyazlar alaraq, təmsil etdikləri qurumda bu ölkələrin maraqlarını qoruyublar. Məqsəd, əsasən, 2022-ci ilin futbol üzrə dünya çempionatı ərəfəsində Qətərin imicini yaxşılaşdırmaq, insan haqları ilə bağlı tənqidlərin qarşısını almaq olub.

Onu da xatırladaq ki, qalmaqalda adı keçən “məşhurlar ”Avropa Parlamentinin vitse-prezident Eva Kaili və deputat Antonio Panzeridir. Hər iki şəxsin 4 ay məhbus həyatı yaşadıqları da məlumdur. Hazırda onlar azadlığın məhdudlaşdırılması şərti ilə sərbəst buraxılsalar da, davam etməkdə olan “Qatargate” istintaqının başlıca fiqurlarıdır. Böhranın siyasi nəticələrinə gəldikdə, ciddi rezonans doğurmuş qalmaqal AP-nin nüfuzuna zərbə vurdu, qurumun lobbiçilik və maliyyə şəffaflığı qaydalarının zəifliyini ortaya çıxardı, yeni etik qaydaların hazırlanmasına səbəb oldu...

* * *

Diqqət yetirək, R.Metsola 2022-ci ilin yanvarında AP-yə rəhbərlik edib, “Qatargate” isə həmin ilin dekabrında yaşanıb. Amma maraqlıdır ki, xanım Roberta, sudan quru çıxmağı bacarıb. O, hətta özünü neqativ hallara qarşı “mübarizə qladiatoru” qismində göstərib. Amma, necə deyərlər, balıq başdan iylənir. O zaman ağzını köpükləndirib Azərbaycan Prezidentinə cavab verirmiş kimi rola girən Metsolaya daha bir xatırlatmamız var. Söhbət “Qatargate”də Avropadakı erməni diasporunun, xüsusən, Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyasının adının hallanmasından, təşkilatın tərəf olmasından gedir. Yəni yaxşı olar ki, AP sədri ucuz populizmi bir kənara qoyub dövlətimizin başçısının fikirləri barədə ciddi düşünsün və öz-özünə sual versin. Daha doğrusu, bu suala cavab tapsın: Necə olur ki, AP 2021-ci ilin mayından 2026-cı ilin aprelinədək Azərbaycanla bağlı 14 qətnamə qəbul edir?

Baxın, il ərzində AP-də təxminən 250-300 arası qətnamə çıxarılır. Nəzərə alsaq ki, qurum 5 ildə ölkəmizlə əlaqədar 14 belə sənəd qəbul edib, bu, ümumi müqayisə baxımından təxminən 1 faiz təşkil edir. Amma bir məsələ var. AP-nin qətnamələrinin yalnız 20-30 faizində ölkələr hədəf alınır. Duruma mövcud prizmadan yanaşsaq, ortaya sual çıxır: AP-nin Azərbaycanla əlaqədar qətnamə qəbulundan başqa işi yoxdur? Digər tərəfdən, AP-nin, ənənəvi olaraq, Rusiya, İran və Çin kimi ölkələri hədəfə almasını anladıq. Aydındır ki, qurum qlobal siyasi oyunlarda alətdir və mövcud trayektoriyada hansısa korrupsiya “qoxusu” istisnadır. Necə deyərlər, palaza bürün, elnən sürün. Onu da anlayırıq ki, Metsola yox, kim olursa-olsun, bu düzən dəyişməyəcək. Dünyadan ədalət gözləyəcək qədər sadəlövh deyilik. Amma Azərbaycanla bağlı ədalətsizliyin ənənə kimi qəbul edilən ümumi deyil, daha çox fərdi maraqlar naminə həyata keçirildiyinə dair təəssürat var. “Qatargate” böhranında Avropadakı erməni diasporunun adının hallandığını məhz buna görə vurğuladıq.

Əlbəttə, AP-nin deputatları həm də Fransanın buyruq qullarıdır. Əsas bildirmək istədiyimiz odur ki, bütün bunlardan sonra Metsola susmalıdır. O, susmaq istəmirsə və gönünün qalın yerinə salıb rəhbərlik etdiyi qurumun iş prosesini heç vaxt dəyişməyəcəyini, tutduğu mövqeləri müdafiə edəcəyini bildirirsə, deməli, AP-ni ikinci “Qatargate” gözləyir.

* * *

Sonda ümumiləşdirmə apararaq, belə qənaətə gələ bilərik ki, hazırkı amplua baxımından Metsola Eva Kaili və Antonio Panzerini kənarlaşdırıb, onların vaxtilə başında dayandıqları korrupsiya səltənətinə özü rəhbərlik edir. Deməli, onun bu səltənətə qarşı istənilən çıxışı süngü ilə qarşılamasında əcaib də olsa, məntiq var.

Məntiqi gücləndirən AP sədrinin heç bir fakt göstərmədən, yalnız cavab xətrinə cavab mahiyyətinə köklənməsi, “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən 8-ci Zirvə toplantısını özünün müqavimət yönümlü platformasına çevirməsidir. Axı xanım sədr rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyev tərəfindən, sözün əsl mənasında, ifşa olunduğunu gördü. Onun tez-tələsik ortaya düşməsinin səbəbi məhz budur. Deyəsən, ikinci “Qatargate” çox da uzaqda deyil...

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri