Roma Papası ağciyərindən əməliyyat olunacaq
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Roma Papası XIV Leo tibbi müayinə zamanı aşkar edilmiş ağciyərindəki kiçik törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.
"Report"un "Associated Press" agentliyinə istinadən məlumatına görə, 71 yaşlı pontifik bu barədə Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən bazar günü duası zamanı bildirib.
"Həkimlər müayinələr zamanı ağciyərimdə kiçik düyün aşkar etdilər. O, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokalizasiyaya malikdir. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək, həmin törəmənin çıxarılması üçün əməliyyat olunmağa qərar verdim", - XIV Leo bildirib.
Əməliyyatın yaxın günlərdə keçirilməsi planlaşdırılır. Gözlənilən cərrahi müdaxilə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 11 Oktyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















