Icma.az
close
up
RU
Roma Papası futbol vurğunu idi

Roma Papası futbol vurğunu idi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Roma Papası Fransisk aprelin 21-də - ömrünün 89-cu ilində Vatikandadkı qərargahında vəfat etdi. Pontifik ölümündən bir gün əvvəl Müqəddəs Pyotr bazilikasının eyvanına çıxaraq Pasxa ilə bağlı inanclı insanlara müraciət etdi.

"Football-plus.az" xəbər verir ki, mərhum Papa futbol vurğunlarından idi, vətəni Argentinanın tanınan klublarından “San-Lorenso”ya azarkeşlik edirdi. Düzdü, 1990-cı ildən bəri nəinki oyunlara, televizorda göstərilən heç bir verilişə baxmırdı. Ancaq oyunların nəticəsini köməkçilərindən öyrənirdi.
Fransisk fevralın 14-də nəfəs yollarınının infeksiyası diaqnozu ilə Romadakı Cemelli xəstəxanasına aparılmışdı. Sonradan pontikifə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu, həmçinin böyrək çatışmazlığı təsdiqləndi. Martın əvvəlindən bəri katolik kilsəsinin rəhbərinin səhhəti yaxşılaşmağa başladı. Onda Vatikanın mətbuat xidməti “Papanın çətinliklərə baxmayaraq, əhval-ruhiyyəsinin yerində olduğu və işləməyə davam etdiyi” ilə bağlı məlumat yaydı.
Xəstəxanadan martın 23-də buraxılan Papa, nəhayət, publika önündə görünməyə başladı. Dünya mediasının Papanın həyatı ilə bağlı yaydığı son xəbərlərdən biri memar Antonio Qaudinin kanonizasiyası haqda idi. Həmin mərasimi bitirmək mümkün olmadı.
Argentinada anadan olan Fransisk (və ya Xorxe Mario Berqoldo) uşaqkən həyatını futboldan kənarda təsəvvür etmirdi. Düzdü, elə bir futbol istedadına malik deyildi, bu üzdən əsasən qapıda dayanırdı.
Pontifik bütün qəlbi ilə “San-Lorenso”ya (əsası katolik keşiş tərəfindən qoyulub və müqəddəs Romalı Lavrentinin adını daşıyır) azarkeşlik edirdi. Ömrünün sonuna qədər bu komandanı dəstəkləyib, “San-Lorenso” 2014-cü ildə tarixində ilk dəfə Libertadorens kubokunu qazananda bayram edib. Düzdü, finala baxmayıb. Girişdə də vurğuladığımız kimi, Fransisk hələ 1990-cı ildə bir daha televizora baxmamağa qərar vermişdi.
Futbol daim onun həyatında olub. Papa Pele, Dieqo Maradona, Lionel Messi, Canluici Buffon, Kriştiano Ronaldo və başqa superulduzlar ilə görüşüb. Həmçinin Vatikanda Almaniya yığması qarışıq dəfələrlə futbol nümayəndə heyətlərini qəbul edib. Hədiyyə kimi götürdüyü futbol toplarının və formaların isə sayı-hesabı yoxdu. Formalardan birini ona şəxsən Ronaldonun anası təqdim edib.
2023-cü ildə Roma Papasından həmvətənləri – Maradona ilə Messi arasında seçim etməsini istəyiblər, ancaq o, çox gözlənilməz cavab verib:

“Pele. Maradona böyük futbolçu idi, ancaq insan kimi uğursuzluğa düçar oldu. Yazıq onu tərifləyən, amma yardım etməyən adamların gözü önündə büdrədi. Pontifikliyimin ilk ilində yanıma gəlmişdi. Messi çox düzgün adamdı, centlmendi. Ancaq mənim üçün ən böyük Peledi. Ürək idi. Hələ Buenos-Ayresdə olanda bir dəfə onunla təyyarədə qarşılaşdım. Adı böyük hərfə yazılmalı olan adamdı. Bunlar üç böyük dahidi. Hər birinin müəyyən özəllikləri var”.


Pontifik futbolla yanaşı, başqa idman hadisələrini də izləyirdi. Məsələn, 2021-ci ilin noyabrında Vatikan taekvondosu Ümumdünya Taekvondo Federasiyasının rəsmi üzvü oldu. Roma Papası Olimpiadanın startı ərəfəsində çıxış edib, boks üzrə britaniyalı Tayson Füri ilə ukraynalı Aleksandr Usıkın mübarizə apardığı çempionluq kəmərinə xeyir-dua verib. Fransisk milyardlarla adamın yaddaşında yalnız katolik kilsəsinin başçısı yox, həm də insanlığın, təvazökarlığın və sevginin – adamlara da, idmana da – rəmzi kimi qalacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri