Roma Papasıdan İran və İsrailə ÇAĞIRIŞ
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Roma Papası XIV Leo vəziyyətin gərginləşməsi və qarşılıqlı hava hücumları fonunda İran və İsraili ağlabatan hərəkət etməyə və dialoqu davam etdirməyə çağırıb.
Milli.Az xəbər verir ki, Müqəddəs Pyetro kilsəsində çıxışı zamanı o, hadisələrin inkişafını dərin narahatlıqla izlədiyini bildirib.
"Belə incə məqamda mən təcili olaraq məsuliyyətə və ağıllı davranışa çağırıram", - pontifik vurğulayıb.
O qeyd edib ki, nüvə təhlükəsindən azad daha təhlükəsiz dünya qurmaq istəyi qardaşlıq və ümumi mənafeyə əsaslanan ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş hörmətli dialoqa və səmimi görüşlərə əsaslanmalıdır.
"Heç kim başqasının varlığını təhdid etməməlidir. Bütün ölkələrin borcu barışıq yollarını açmaq və hamı üçün təhlükəsizlik və ləyaqəti təmin edən həll yolları təklif etməklə sülhü qorumaqdır", - Roma Papası əlavə edib. /"Report"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















