Roma Papasının xəstəliyi bəlli oldu
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə “The Guardian“ qəzeti Vatikana istinadən məlumat yayıb.
Məlumata görə, pontifikin sağ ağciyərinin aşağı payının çıxarılması üçün cərrahi əməliyyat keçirilib. Aparılan analizlər nəticəsində ağciyər adenokarsinoması diaqnozu təsdiqlənib.
Vatikanın məlumatına əsasən, xəstəlikdən əməliyyatöncəsi müayinələr zamanı şübhələnilib, diaqnoz isə cərrahi müdaxilə zamanı təsdiqlənib. Papa təxminən üç saat əməliyyat otağında qalıb, cərrahi müdaxilə isə 90 dəqiqə davam edib.
Oktyabrın 13-də “RaiNews” telekanalı XIV Leonun Romadakı “Cemelli” klinikasına yerləşdirildiyini xəbər verib. Onu şəxsi həkimi Luici Karbone müşayiət edib.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti əməliyyatın uğurla başa çatdığını və pontifikin palataya köçürüldüyünü bildirib.
Bərpa prosesi ilə əlaqədar Roma Papasının oktyabrın 20-dək bütün ictimai görüşləri ləğv edilib.
Xatırladaq ki, XIV Leo oktyabrın 11-də Müqəddəs Pyotr meydanında ənənəvi duasından sonra ağciyərində erkən mərhələdə aşkarlanmış törəmə ilə bağlı əməliyyat olunacağını açıqlamışdı.
Məlumat Vatikanın açıqlaması və beynəlxalq nəşrlər tərəfindən də təsdiqlənib.
Baxış sayı:61
Bu xəbər 14 Oktyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















