Roma yarımmüdafiəçiyə görə Zenit ə 40 milyon avro təklif etdi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Zenit" "Roma"nın yarımmüdafiəçi Luis Enrike ilə bağlı təkifini qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə braziliyalı jurnalist Raisa Simpliço sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, tərəflər hazırda 25 yaşlı braziliyalı futbolçu ilə müqavilənin təfərrüatlarını müzakirə edirlər və Sankt-Peterburq klubu təklif olunan qiymətdən razıdır. Son qərar oyunçunun özündən asılıdır. Luis Enrike ilə nümayəndələri arasında danışıqlar gözlənilir, bundan sonra keçidlə bağlı qərar veriləcək. İtaliyada "transfer pəncərəsi"nin sentyabrın 2-də bağlanacağını nəzərə alsaq, "Roma" qarşı tərəfdən tez bir vaxtda cavab gözləyir.
ESPN-in məlumatına əsasən, İtaliya klubunun təklifi bonuslar da daxil olmaqla təxminən 40 milyon avrodur. Zenit bu məbləğin 33 milyon avrosunu zəmanətli, daha 5 milyon avro isə bonus şəklində alacaq.
Qeyd edək ki, bir müddət əvvəl əvvəl yarımmüdafiəçinin Braziliya liqasına qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı. "Flamenqo", "Botafoqo" və "Palmeyras" futbolçunun xidmətində maraqlıdır. Enrike yanvarda ayında "Botafoqo"dan "Zenit"ə keçib. O, Rusiya klubunun hettində ümumilikdə 54 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 30 Avqust 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















