Roman Hüseynov: “Vəziyyətin bu həddə çatmasını istəməzdik”
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Məlum olduğu kimi, mövsüm başlayandan komandada maddi problemlər var. Nə qədər səbirli olmağa çalışsaq da, sonda "Şahdağ Qusar"la oyunda vəziyyət gərgin həddə çatdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in futbolçusu Roman Hüseynov deyib.
Komandanın kapitanı Azərbaycan Birinci Liqasının VII turunda "Şahdağ Qusar"la oyuna çıxmamalarının səbəbini açıqlayıb.
"İstəməzdik ki, hadisələr bu yerə gəlib çıxsın. Bizə problemin həlli üçün çalışdıqları deyilirdi. Biz də müəyyən müddət gözlədik və məsələnin yoluna qoyulacağına ümid edirdik. Mən Mingəçevirliyəm və istəməzdim ki, vəziyyət bu həddə çatsın. Bu komanda və şəhər üçün belə durumun yaranması yaxşı hal deyil. Maaşlarımız ödənilməsə, növbəti oyuna da çıxmayacağıq? Bu barədə konkret nəsə deyə bilmərəm. Hələlik gözləyirik. Yaranmış vəziyyət şəhər üçün də yaxşı deyil. İstərdik ki, problem tezliklə həllini tapsın və komandamız normal şəkildə fəaliyyətini davam etdirsin".
Qeyd edək ki, "Mingəçevir" ötən gün Azərbaycan Birinci Liqasının yeddinci turunda "Şahdağ Qusar"la qarşılaşmaya çıxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















