Zelenski: Biz müharibənin başa çatmasını...
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin başa çatması perspektivlərini fərqli qiymətləndirdiklərini bildirib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bu barədə "Le Monde" nəşrinə müsahibəsində bildirib.
"Biz Rusiyadan müharibənin başa çatması ilə bağlı səmimi istək görmürük və bunu tərəfdaşlarımızla bölüşürük. ABŞ hesab edir ki, Putin (Rusiya Prezidenti Vladimir Putin - red.) müharibənin başa çatmasını istəyir. Burada bizim tamamilə fərqli baxışlarımız var. Bir tərəfdən, heç nə olmaz, fərqli baxışların olması normaldır. Lakin digər tərəfdən, biz müharibənin başa çatmasını, bu prosesin sürətləndirilməsini istəyəndə Rusiyaya təzyiq məsələsini qaldırırıq", - Ukrayna lideri deyib.
Zelenski vurğulayıb ki, Ukrayna tərəfi Putinin müharibəni başa çatdırmaq istəmədiyini bilir və buna görə də onun bunu istəməsi üçün əlavə təzyiq göstərilməsini xahiş edir.
Onun sözlərinə görə, ABŞ hesab edir ki, Rusiya prezidenti müharibənin başa çatmasında maraqlıdır və əgər Rusiya da sülhə hazır olduğunu göstərirsə, bu vəziyyətdə əlavə təzyiqə ehtiyac yoxdur:
"Bəzi məsələlərə fərqli baxışlar var və bunun üzərində işləmək lazımdır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















