Romanovlar ailəsinin tarixi sapfiri 4,9 milyon dollara satıldı
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Romanovlar ailəsinə məxsus 197,8 karatlıq tarixi sapfir hərracda gözlənilən qiyməti iki dəfədən çox üstələyib.
Banco.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində Sotheby's hərrac evində satışa çıxarılan qiymətli daş 4,1 milyon İsveçrə frankına (təxminən 4,9 milyon dollar) alıcı tapıb. Halbuki onun ilkin satış dəyəri 1,02–2,04 milyon dollar arasında qiymətləndirilirdi.
Cartier tərəfindən brilyantlarla işlənərək qolbağa yerləşdirilən sapfirin tarixi 1883-cü ilə gedib çıxır. Qiymətli daş həmin il Rusiya imperatoru II Nikolayın anası İmperatriça Mariya Feodorovnanın geyimində əks olunub.
1917-ci il inqilabından sonra Romanovlar ailəsinin zinət əşyaları Sovet hakimiyyəti tərəfindən satışa çıxarılıb. Sapfir 1927-ci ildə amerikalı opera müğənnisi Ganna Walska tərəfindən alınıb.
2015-ci ildə "Cartier" tərəfindən yenidən dizayn edilərək brilyant qolbağa yerləşdirilən daş hazırkı görünüşünü əldə edib.
Qeyd edək ki, Romanovlar ailəsinə məxsus zinət əşyaları hərraclarda əvvəllər də yüksək qiymətlərlə satılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















