Ronaldinyo karyerasını bərpa etməsinin səbini açıqladı
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliya millisinin keçmiş hücumçusu Ronaldinyo peşəkar karyerasını bitirdikdən illər sonra futbol meydançasına qayıtmasının səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, 46 yaşlı futbolçu bu barədə "Football Italia" nəşrinə açıqlama verib:
"Bütün bunlar "Ravenna"nın prezidenti İnyatsio Çipriani ilə dostluğum və gələcəyə dair planlarımızla bağlıdır. Həyatımda xüsusi, bənzərsiz bir an yaşamaq istəyirəm. Ümid edirəm ki, digər oyunçular üçün də bu gün xüsusi bir gün olacaq.
Karyeramı bitirdikdən sonra geriyə boylananda anladım ki, arzuladığım hər şeyi qazanmışam. İndi yenidən futbol oynamaq şansım var və bundan həqiqətən zövq alıram. Üstəlik, azarkeşlərə gözəl bir gün bəxş etmək istəyirəm. Bu yeni macəraya böyük məmnuniyyətlə başlayıram".
Qeyd edək ki, braziliyalı futbolçu ötən gün "Ravenna"nın heyətində, C Seriyasında "Forli"yə qarşı keçiriləcək oyunda debüt edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















