Ronaldo qollarının sayını 916ya çatdırdı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kriştianu Ronaldo qollarının sayını daha da artırıb.
QOL.az xəbər verir ki, portuqaliyalı forvard növbəti dəfə Səudiyyə Ərəbistanı çempionatında fərqlənib.
“Əl-Nəsr”in hücumçusu “Əl İttihad”a qarşı keçirilən matçda komandasının yeganə qoluna imza atıb. Ronaldo 57-ci dəqiqədə Angelonun ötürməsindən sonra fərqlənib. Lakin bu qol “Əl-Nəsr”i məğlubiyyətdən xilas etməyib. Benzema və Berqveynin qolları “Əl İttihad”a 2:1 hesablı qələbə qazandırıb. Bununla da Ronaldo qollarının sayını 916-ya çatdırıb.
Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

