Ronaldo tarix yazdı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya futbolunun əfsanəsi Kriştiano Ronaldo sosial şəbəkələrdə daha bir tarixi uğura imza atıb.
Portuqaliyalı ulduzun "Instagram" hesabının izləyicilərinin sayı 680 milyonu ötüb.
Bununla, Ronaldo "Instagram" tarixində bu göstəriciyə çatan ilk fərd olub.
7 noyabr 2026-cı il tarixinə olan statistikaya əsasən, Ronaldonun @cristiano adlı rəsmi Instagram hesabında 680 milyondan çox izləyici var.
Beləliklə, 41 yaşlı futbolçu fərdi Instagram hesabları arasında dünya liderliyini qoruyur.
Ronaldonu bu siyahıda ən yaxın izləyicisi olan argentinalı futbolçu Lionel Messi təxminən 517 milyon izləyici ilə təqib edir. İki futbolçu arasındakı fərq 163 milyondan çoxdur.
Bu rekord Ronaldonun yalnız yaşıl meydanlarda deyil, rəqəmsal dünyada da nə qədər böyük auditoriyaya sahib olduğunu göstərir. Onun paylaşımları milyonlarla insan tərəfindən izlənilir, bəyənilir və paylaşılır.
Qeyd edək ki, Instagram-ın öz rəsmi hesabının izləyici sayı daha çoxdur. Lakin fərdi şəxslər arasında Kriştiano Ronaldo dünyanın ən çox izlənilən insanı olaraq tarixə düşüb.
Ronaldo bu nailiyyəti ilə futbol tarixindəki uğurlarına sosial media sahəsində daha bir rekord əlavə edib.
///unikal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Noyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















