Ronaldo və Messinin illik qazancı açıqlandı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo son bir ildə 275 milyon dollar qazanıb.
“Qafqazinfo” “Forbes”ə istinadən xəbər verir ki, ulduz futbolçu ardıcıl üçüncü dəfə nəşrin dünyanın ən çox qazanan 50 idmançısı siyahısına başçılıq edir.
Bu qazancın 225 milyon dolları maaş və müxtəlif bonuslar, daha 50 milyon dolları isə sponsorluq müqavilələri üzrə ödənişlər olub.
Argentina millisi və “İnter Mayami”nin hücumçusu Lionel Messi bu reytinqdə beşinci yeri tutub. O, son bir ildə 135 milyon dollar qazanıb, bunun 60 milyon dolları maaş və bonuslar, 75 milyon dolları sponsorluq ödənişləri olub.
Baxış sayı:214
Bu xəbər 16 May 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















