Icma.az
close
up
RU
Yeni dövr QHT lərdən yeni yanaşmalar tələb edir Emin Nəbili

Yeni dövr QHT lərdən yeni yanaşmalar tələb edir Emin Nəbili

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Artıq dördüncü ildir ki, QHT-lərin Əməkdaşlıq Forumu təşkil olunur. Bu ənənənin davam etdirilməsi vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili bildirib. QHT sədrinin sözlərinə görə, hər il keçirilən forum əvvəlki təcrübənin təhlili ilə yanaşı, qarşıdakı dövr üçün yeni istiqamətlərin və prioritetlərin müəyyənləşdirilməsinə də şərait yaradır:
“Bu cür tədbirlər QHT nümayəndələrinin bir araya gələrək fikir və təcrübələrini bölüşməsi, mövcud problemləri müzakirə etməsi, eləcə də gələcək fəaliyyətlə bağlı ortaq yanaşmalar formalaşdırması üçün əlverişli imkan yaradır. Hesab edirəm ki, güclü və fəal vətəndaş cəmiyyətinin formalaşması təşkilatlar arasında sağlam əməkdaşlıq münasibətlərindən, birgə təşəbbüslərdən və qarşılıqlı dəstək mexanizmlərindən birbaşa asılıdır. QHT-lər yalnız öz fəaliyyət istiqamətləri çərçivəsində deyil, ümumi ictimai maraqlar naminə də birgə çalışmağı bacarmalıdırlar”.
Emin Nəbili qeyd edib ki, forumun diqqətçəkən məqamlarından biri də vətəndaş cəmiyyətinin müasir texnoloji çağırışlara uyğunlaşması məsələsidir:
“Bu baxımdan, “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” mövzusunda panel müzakirəsini xüsusilə faydalı hesab edirəm. Bu gün informasiya texnologiyaları və rəqəmsal kommunikasiya vasitələri ictimai fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. QHT-lərin də fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurması, sosial şəbəkələrin imkanlarından peşəkar şəkildə yararlanması, rəqəmsal həlləri iş prosesinə inteqrasiya etməsi və süni intellekt alətlərindən məqsədyönlü istifadə etməsi zərurətə çevrilir. Bu imkanlar təşkilatların həm institusional potensialını gücləndirə, həm də həyata keçirdikləri layihələrin əhatə dairəsini və ictimai təsirini artıra bilər.
Düşünürəm ki, QHT-lərin Əməkdaşlıq Forumu yalnız fikir mübadiləsi aparılan tədbir kimi deyil, həm də gələcək birgə fəaliyyət üçün yeni imkanlar yaradan mühüm platforma kimi dəyərləndirilməlidir. Əsas məsələ burada səsləndirilən ideyaların və əldə olunan təcrübənin gündəlik fəaliyyətə tətbiqi, konkret təşəbbüslərə və real nəticələrə çevrilməsidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri