Ronaldonun toyuna dəvət edilən məşhurların siyahısı sızdı Messi də gələcək?
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqeslə gözlənilən toyu ətrafında yeni iddialar gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Avropa mətbuatında Ronaldo və Corcinanın toy mərasiminə aid olduğu deyilən dəvətnamənin görüntüsü yayılıb. Sənədə əsasən, mərasimin avqustun 1-də Portuqaliyanın Sintra şəhərində yerləşən məşhur "Quinta da Regaleira" sarayında keçirilməsi və qonaqlardan qara geyimdə iştirak etmələrinin istənildiyi bildirilib.
Lakin qısa müddət sonra bu məlumatların həqiqəti əks etdirmədiyi iddia olunub. İspaniya mediası da toyun həmin tarixdə keçirilməyəcəyini yazıb. Üstəlik, qeyd olunan sarayın həmin gün adi qaydada turistləri qəbul etməsi yayılan dəvətnamənin etibarlılığına şübhələri artırıb.
Bununla belə, məlumatlarda Ronaldonun möhtəşəm toy mərasimi təşkil etməyə hazırlaşdığı bildirilir. İddialara görə, qonaq siyahısında futbol və şou-biznes dünyasının tanınmış simaları yer alıb.
Siyahıda Rio Ferdinand, Kilian Mbappe, Vinisius Junior, Vin Dizel, Rihanna, Cennifer Lopes, Dreyk və Trevis Skottun adları çəkilir. Müzakirələrə səbəb olan əsas məqam isə Lionel Messinin də dəvət olunanlar arasında göstərilməsidir. Bu baş verərsə, iki əfsanəvi futbolçu uzun illər davam edən meydan rəqabətindən sonra sosial tədbirdə eyni məkanda bir araya gələ bilər.
Məlumatlara görə, toyun keçirilməsi üçün əsas namizəd məkan hazırda Ronaldonun doğulduğu Madeyra adasıdır. İddia edilir ki, mərasim Funşal Kafedralında baş tuta, daha sonra isə yaxınlıqdakı lüks istirahət mərkəzlərindən birində qapalı qəbul təşkil oluna bilər.
Qeyd edək ki, nə Kriştianu Ronaldo, nə də Corcina Rodriqes toyun tarixi və ya qonaq siyahısı ilə bağlı rəsmi açıqlama verməyib. Bu səbəbdən yayılan məlumatlar hələlik təsdiqlənməyən iddialar kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















