Ronaldu gələcəyi ilə bağlı 3 variant arasında seçim edəcək
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in təcrübəli hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı 3 variant arasında seçim edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, "Əl-Nəsr"lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq portuqaliyalı superulduz yalnız heyətin ciddi şəkildə gücləndirilməsi ilə bağlı rəhbərliklə razılığa gələ biləcəyi təqdirdə, klubu ilə anlaşma yeniləyəcək. İkinci variant 39 yaşlı forvardın karyerasını vətəni Portuqaliyada davam etdirməsi, üçüncü isə peşəkar futbolçu karyerasına son qoymasıdır. Mənbə Ronaldunun hələ tələsmədiyini, ən doğru addımı atmaq üçün gözləmə mövqeyi tutduğunu vurğulayıb.
Xatırladaq ki, Kriştianu 2023-cü ilin yanvarından indiki klubundadır.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















