Rosqvardiya yenidən Baku Plaza ya gəlib FOTO
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yekaterinburqda azərbaycanlıların öldürülməsi və həbsindən sonra "Kaspiy" kafesi və "Baku Plaza" ticarət mərkəzi bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, Rosqvardiya dəstəsi bu gün yenidən ticarət mərkəzinin qarşısında görünüb.
Məlum olub ki, təhlükəsizlik qüvvələri ticarət mərkəzinin yaxınlığında çəkiliş aparan “Krik” telekanalının çəkiliş qrupunun çağırışına cavab olaraq gəlib. Jurnalistlər iddia edib ki, mərkəzin mühafizəçisi kanalın əməkdaşlarından birinə hücum edib.
Hadisə yerinə Azərbaycan diasporunun nümayəndəsi Şahin Şıxlinskinin hüquqşünas oğlu da gəlib.
İyunun 27-dən Proezjaya küçəsində yerləşən "Kaspiy" kafesi bağlanıb. Həmin gün təhlükəsizlik qüvvələri müəssisəyə gələrək məkanın sahibi Azər Səfərovu saxlayıb. O, 24 il əvvəl baş vermiş qətldə şübhəli bilinir.
Hazırda "Kaspiy" kafesinin girişində lövhə var: "Kafe bağlanıb. Sanitariya işləri". Lakin içərisi boşdur - heç bir təmizlik və ya təmir işləri aparılmır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















