Icma.az
close
up
RU
“Rotterdam” yüksək hərbi hazırlıq vəziyyətinə gətirilir

“Rotterdam” yüksək hərbi hazırlıq vəziyyətinə gətirilir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ilə NATO arasında birbaşa münaqişə ehtimalı varmı? 

Rusiya və Ukrayna arasında atəşkəs razılaşması imkanlarının fiaskoya uğradığı bir şəraitdə tərəflərin bir-birinə hücumları artmaqdadır. ABŞ Prezidenti Donald Trampın bu müharibəni “24 saata həll edəcəm” vədi də reallığa çevrilmədi. Əksinə, onun təşəbbüsü ilə keçirilən görüşlər nəticəsiz qaldı. Son günlər ABŞ Prezidentinin  Rusiyanın ünvanına tənqidlər səsləndirməsi və Ukraynaya yeni hərbi yardım paketini təsdiqləməsi real mənzərəni ortaya qoyur.

Rotterdam limanı Rusiyanın hərbi təhdidinə qarşı...

Belə bir şəraitdə NATO bu istiqamətdə fəaliyyətini gücləndirir. Doğrudur, bu müharibədə NATO müttəfiqləri Ukraynaya ciddi hərbi dəstək verir. Lakin alyans Rusiya ilə birbaşa münaqişədən yayınır. Bununla belə, vəziyyətin birbaşa Rusiya-NATO müharibəsinə çevrilmək ehtimalı da istisna olunmur.  Yeri gəlmişkən, “Financial Times” nəşri Avropanın ən böyük limanı olan Rotterdam limanında NATO-nun tələbi ilə Rusiyanın mümkün hərbi təhdidinə qarşı hazırlıqların başlandığını yazıb. Məlumata görə, hazırda limanda bir sıra strateji addımlar atılır. Belə ki, hərbi yüklərlə dolu gəmilər üçün xüsusi dayanacaqlar ayrılır, silah və sursatların Şərqi Avropaya ötürülməsi üçün yeni logistik marşrutlar planlaşdırılır. Eyni zamanda, mövcud konteyner terminalı əsas yükləmə və boşaltma mərkəzinə çevriləcək. Bundan əlavə, liman ərazisində amfibiya (su və quru) hərbi təlimlərinin mütəmadi keçirilməsi də nəzərdə tutulur.

Nəşrin yazdığına görə, Rotterdam limanının direktoru həmçinin Avropa İttifaqını yalnız neft və qaz ehtiyatları ilə kifayətlənməməyə, mis, litium və qrafit kimi strateji xammalların da ehtiyatını yaratmağa çağırıb. Onun fikrincə, bu yalnız hərbi təhlükəsizlik baxımından deyil, sənaye və texnoloji dayanıqlıq üçün də həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, NATO son aylarda Rusiya ilə potensial hərbi toqquşma ehtimalına qarşı üzv dövlətlərdə infrastruktur və logistik hazırlıqları artırmaq üçün təcili tədbirlər görür. Rotterdam limanında görülən bu addımlar da həmin strategiyanın bir hissəsi hesab oluna bilər.

Bu tədbirlər toqquşma riskinin ciddi şəkildə nəzərə alındığını göstərir

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Rotterdam limanında NATO-nun təşəbbüsü ilə həyata keçirilən hazırlıqlar Avropada artmaqda olan hərbi gərginliyin və Rusiya ilə mümkün toqquşma riskinin ciddi şəkildə nəzərə alındığını göstərir. Onun sözlərinə görə, Avropanın ən böyük dəniz qapısı olan bu liman, strateji cəhətdən Şimali Atlantika alyansı üçün mühüm əhəmiyyət daşıyır. Limanda hərbi yüklər üçün xüsusi dayanacaqların ayrılması və Şərqi Avropaya silah və sursat daşınması üçün yeni logistik marşrutların planlaşdırılması, NATO-nun müdafiə xəttini öncədən möhkəmləndirmək istədiyini göstərir. Bu, həm də Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən köklü dəyişikliklərin davamıdır.

Ümumi müdafiə strategiyasının bir parçası

Onun sözlərinə görə, NATO son aylarda üzv ölkələrdə hərbi infrastrukturun təkmilləşdirilməsi, təlimlərin intensivləşdirilməsi və tez cavab vermə qabiliyyətinin artırılması istiqamətində bir sıra addımlar atır. Bu fonda, Rotterdam limanında həyata keçirilən tədbirlər təcrid olunmuş deyil, əksinə, ümumi müdafiə strategiyasının bir parçasıdır. Bu, yalnız Ukrayna ilə məhdudlaşmayan, daha geniş coğrafiyada baş verə biləcək hərbi ssenarilərə qarşı qabaqlayıcı hazırlıq kimi qiymətləndirilə bilər. “Bütün bu hazırlıqlar Rusiya ilə NATO arasında açıq hərbi qarşıdurma riskini tam reallığa çevirməsə də, gərginliyin təhlükəli şəkildə artdığını göstərir. Hər iki tərəf birbaşa müharibədən çəkinməyə çalışsa da, səhv hesablamalar və lokal eskalasiyalar bu cür ssenarini istisna etmir. NATO-nun bu addımları, eyni zamanda Rusiya üçün güc nümayişi və qarşı tərəfin iradəsini sınaqdan keçirmə cəhdi kimi də qiymətləndirilə bilər. Beləliklə, Rotterdam limanındakı hərbi-logistik hazırlıqlar, Avropada yeni təhlükəsizlik reallığının konturlarını daha da kəskinləşdirir və NATO-Rusiya münasibətlərində növbəti mərhələnin konturlarını ortaya qoyur”,-deyə politoloq qeyd edib.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri