Routerin üstünə qəpik qoyun Wi Fi sürətlənəcək
Icma.az, Lent az saytına istinadən bildirir.
Sosial şəbəkələrdə yayılan bir məsləhətə görə, routerin üstünə metal qəpik qoymaq internet siqnalını gücləndirir. Lakin telekommunikasiya mütəxəssisləri bu üsulun faydasını təsdiqləyən texniki sübut olmadığını, metal əşyanın isə routerin işinə mane ola biləcəyini bildirirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər bu üsulun radio dalğalarının metaldan əks olunması fikrinə əsaslandığını qeyd ediblər. Ancaq istifadəçinin internetin sürətləndiyini hiss etməsi təsadüflə və ya routerin həmin vaxt yenidən başladılması ilə bağlı ola bilər.
Metal qəpik siqnala necə təsir edir?
Mütəxəssislərin sözlərinə görə, routerin antenləri müəyyən tezliklərdə işləmək üçün dəqiq tənzimlənir. Cihaza yaxın qoyulan metal əşya antenlərin işinə müdaxilə edə, siqnalın bir hissəsinin otağa yayılmasının qarşısını ala bilər. Nəticədə siqnalın səmərəliliyi azala bilər.
Metal routerin siqnalı yayma istiqamətini də dəyişə, evdə əlavə “ölü zonalar” yarada bilər. Qəpik cihazın üstündəki havalandırma dəliklərini bağlayarsa, router qıza bilər. Bu isə onun performansının azalmasına və daha tez sıradan çıxmasına səbəb ola bilər.
Wi-Fi siqnalını yaxşılaşdırmağın yolları
Routeri evin mərkəzinə, döşəmədən təxminən 1,5 metr hündürlüyə qoyun. Onu şkafda, yerdə və ya iri metal əşyaların yanında saxlamayın. Mikrodalğalı soba, simsiz telefon və qalın divarlar da siqnala mane ola bilər. Akvariumun yaxınlığında yerləşdirmək də məsləhət görülmür, çünki su radio dalğalarını zəiflədir.
Routerə yaxın məsafədə yüksək sürət tələb edən telefon, kompüter və televizorları 5 GHz şəbəkəsinə qoşmaq olar. 2,4 GHz tezliyi isə divarlardan daha yaxşı keçdiyinə görə uzaq otaqlar və ağıllı ev cihazları üçün münasibdir. Qonşuların şəbəkələri ilə maneəni azaltmaq üçün Wi-Fi analizatoru tətbiqləri vasitəsilə daha az yüklənmiş kanal seçmək də mümkündür.
Masaüstü kompüter və oyun konsolu kimi sabit yerdə istifadə olunan cihazları Ethernet kabeli ilə qoşmaq bağlantını sabitləşdirə bilər. Routerin proqram təminatını yeniləmək və cihazı vaxtaşırı yenidən başlatmaq da tövsiyə olunur. Böyük evlərdə siqnalı genişləndirmək üçün Wi-Fi təkrarlayıcısı, Mesh sistemi və ya Powerline adapterindən istifadə etmək olar.
Baxış sayı:136
Bu xəbər 27 Noyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















