Icma.az
close
up
RU
Röya Ayaz Salayevi hədələdi: Özünüzə gəlin! VİDEO

Röya Ayaz Salayevi hədələdi: Özünüzə gəlin! VİDEO

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti Röya Ayxan Fransada keçirlən Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və orada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Sosial şəbəkələrdə Röyanın həmin tədbirdən videogörüntüsü paylaşılıb.

Röyanın Kann Festivalına qatılması kinorejissor, kinoşünas və senarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev tərəfindən birmənalı qarşılanmayıb. 

Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:

“Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Modern.az xəbər verir ki, müğənni Röya Ayxan Ayaz Salayevə sərt cavab verib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Ay qaşqın, deyirlər rəhmətliklər diriliblər yenidən. Enerjiyə gəlmisiniz? Elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Görəndə, salamlaşırsınız hüdüdü... (yamsılayır-red). Özünüzə gəlin! Mən öyrəşmişəm, ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Ay mən olmuşam, mən belə getdim. Bəli, birinci mənəm. Bəli, hər şeyin ən gözəlini layiqli şəkildə edən mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin, hadi ordan!".  
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri