Röya uşaqlığı və atası haqqında: Səni xatırlamaq istəməzdim
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Röya Ayxan bu gün "İncə Səhər" verilişinin qonağı olub.
"Yeni Sabah" xəbər verir ki, efirdə Xalq artisti üçün kiçik sujet hazırlanıb və uşaqlığı ona bəzi suallar verib.
Röya uşaqlıq illəri və mərhum atası haqqında danışaraq kövrəlib:
"Mən səni çox ürkək, qorxaq, hər gün evində dava olan biri kimi xatırlayıram. Səni xatırlamaq istəməzdim. İndi çox güclüyük. Sənə söz vermişdim ki, elə bir qadın olacam ki, anam və atam heç kəsə möhtac olmayacaq. Bacım və qardaşım istədiyi kimi yaşayacaq. Bizim çox böyük evimiz və işçilərimiz olacaq. İstədiyimiz şokaladı və bazarlığı hər bayramda evimizə alacağıq.
Atam artıq həyatda yoxdur. O, çox böyük əziyyət çəkdi. Buna şahid olduq. O neçə vaxt aparatda qaldı. Mənə dedilər ki, o kimdənsə halallıq gözləyir. O illərdir incitdiyi qadınını - anamı gözləyirdi. Anam onun əlini ayağını öpərək ayılmasını istədi. Dedi ki, ayıl, səninlə yenidən birlikdə yaşayaram, amma bizi bu sevgisiz qoyub getmə".
Baxış sayı:71
Bu xəbər 03 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















