Icma.az
close
up
RU
Roza Cəlilova qızını polisə verdi

Roza Cəlilova qızını polisə verdi

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roza Cəlilova qızını polisə verdi

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polisə verib.

OLAY-ın əldə etdiyi məlumata görə, Səbail Rayonu 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia edib.

O bildirib ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarları qızından ala bilmir.

96 yaşlı Cəlilova OLAY-a faktı təsdiqləyib və ikinci dəfə qızından polisə şikayət etdiyini bildirib:

“Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Bu, çox çətindir, amma dözürəm. Mən harasa gedəndə öz hədiyyələrimi övladlarıma tapşırmışam. Onlara əmanət verirəm, onsuz da əvvəl-axır onların olacaq. Bir də var ki, əmanət edirəm, sonra gəlin görürəm ki, yoxdur. Həmişə ana-nənə övladlarına gələcək üçün yadigar saxlayırlar. Bu hadisə olub, insanın acığına gəlir. Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Oğlum çox ağıllı və savadlıdır. O, hər şeyə dözür. Qızımın xasiyyəti çətindir, sözə baxmır. Onun da xarakteri elədir. Yaxşı olar ki, ailə möhkəm olsun, bir-birini sevsin. Bilmirəm, zinət əşyalarım necə itib. Az şey deyil, 4 ayrı brilyantdır. İndi vəziyyət elə yaranıb ki, ona ehtiyacım var. Qızımla bu yaxınlarda görüşdüm, polisə ərizə yazacağımı bildirdim, şikayət etdim. Fikirləşdim ki, bu bir az mədəniyyətsizlik kimi çıxır, geri çəkim. Şikayəti geri çəkdim, onda da dedi ki, qızıllar itib. Bəs kim aparıb? Necə ola bilər? İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Bizim vəziyyətimiz ağırdır, güclə dolanırıq. Qızımdan soruşdum, dedi ki, oğurlayıblar. Məndə elə xasiyyət var ki, hər şeyə inanıram. Ola bilər ki, götürüblər, yenə də müəmmalıdır. Ona əlimlə əmanət etdim, dedim, saxla, övladların var. Qızıllarım qızım Yeganədə çox qaldı, ola bilər ki, kimsə götürüb. Dörd brilyantdır. Kim onu götürüb? Onun evindən gedib. Dedim, necə oldu getdi? Görmürdün ki, özgə malıdır? Mənə qızılların itdiyini şikayət edəndən sonra dedi ki, oğurlayıblar. Bunu əvvəldən desən, söhbəti açmazdım. Bunları kim oğurlayıbsa, onu tapmalıyam. Sənə vaxt verirlər, axtar tap. Çünki oğlumun ehtiyacı var. Soruşdum ki, onlar haradadır? Dedi ki, oğurlayıblar. Balaca şey deyil, kim götürübsə, axtarıb tap. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrinmə qalar, danışmazdım”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://olay.az
archiveBu xəbər 20 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri