Icma.az
close
up
RU
Roza Cəlilova ilə vida mərasimi keçirilib YENİLƏNİB

Roza Cəlilova ilə vida mərasimi keçirilib YENİLƏNİB

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.

***

Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 96 yaşlı Roza Cəlilova bu gün yaşadığı mənzildə vəfat edib. 

***

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya onun nəvəsi Lalə Aslanur məlumat verib.

O qeyd edib ki, nənəsi vəsiyyətinə əsasən II Fəxri xiyabanda deyil, Qurd qapısı qəbiristanlığında – qardaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

***
Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya onun nəvəsi Lalə Aslanur bildirib.

***

Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya onun qızı məlumat verib.

96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.

Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri