Ruben Peres karyerasını BİTİRDİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub.
Bakıvaxtı.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəli yarımüdafiəçi futbol arzusunun doğma şəhərinin "Esiha Balompye" klubunda başladığını, daha sonra "Atletiko" akademiyasından əsas komandaya qədər yüksəldiyini xatırladıb.
Ruben Peres karyerası ərzində formasını geyindiyi klubların hər birinin onun həyatında unudulmaz iz qoyduğunu vurğulayıb.
O, 2011-ci ildə İspaniyanın U-21 millisinin heyətində Avropa çempionu olmasını böyük şərəf adlandırıb. Sabiq futbolçu azarkeşlərə, komanda yoldaşlarına, məşqçilərə və ailəsinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Madrid "Atletiko"sunun yetirməsi olan R.Peres peşəkar karyerası ərzində keçirdiyi 528 rəsmi matçda 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:26
Bu xəbər 04 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















