Icma.az
close
up
RU
Ruben Safrastyan: “Azərbaycan uzaqgörən siyasət aparır və Ermənistandan mümkün qədər çox şey qoparmağa çalışır” KONKRET

Ruben Safrastyan: “Azərbaycan uzaqgörən siyasət aparır və Ermənistandan mümkün qədər çox şey qoparmağa çalışır” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərb Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq niyyətini gizlətmir. Bu da Rusiyanın maraqlarına uyğun deyil və  rəsmi Moskva Paşinyanın bu siyasətindən narahatdır. Erməni ekspertlər hesab edirlər ki, Ermənistan Rusiya ilə Qərb arasında qarşıdurmadan kifayət qədər uzaq durmalıdır. Akademik Ruben Safrastyan Ermənistan mətbuatına müsahibəsində geostrateji proseslər və xarici çağırışlarla bağlı fikirlərini bölüşüb.

Həmin müsahibənin bəzi hissələrini KONKRET.az-ın oxucularının diqqətinə çatdırırıq.

– Cənubi Qafqazda Ermənistanın mövqeyini necə dəyərləndirirsiniz?

– Əvvəlcə Cənubi Qafqazda cərəyan edən geostrateji proseslərin əsas tendensiyalarını anlamaq lazımdır. Hazırda  Cənubi Qafqaz müxtəlif güc mərkəzləri arasında mübarizə meydanına çevrilir. Burada Qərblə Rusiya arasında mübarizə kəskinləşir.İkincisi, Rusiyanın bizim regionda mövqelərinin zəifləməsidir. Üçüncü xüsusiyyət ondan ibarətdir ki, Cənubi Qafqaz qlobal proseslərdə iştirak edir. Əvvəllər region Rusiyanın təsir dairəsində idi və qlobal proseslərdən kənarda qalmışdı. Türkiyənin bölgədə aktivləşməsi bütün situasiyanı kökündən dəyişdi.

– Bu şərtlər daxilində Ermənistan hansı mövqedən çıxış etməlidir?

– Ermənistan regionda Qərblə Rusiya arasında gedən mübarizədən uzaq durmalıdır. Hesab edirəm ki, müttəfiqliyimizi və strateji əlaqələrimizi qoruyub saxlamaq vacibdir. Digər ölkələrlə əlaqələrimizi şaxələndirə bilmək, differensiallaşdırılmış xarici siyasət yürütmək də eyni dərəcədə vacibdir. Bu gün region qlobal hadisələrdə iştirak edir. Ermənistan Pekin-London və ya Şimal-Cənub dəhlizində öz payını almağa çalışmalıdır. Amma bu hissəyə sahib olmaqla biz ərazi suverenliyimizi və milli maraqlarımızı qorumaq üçün hər şeyi etməliyik.

– Regionda baş verən  proseslər nəyə gətirib çıxaracaq?

– Bu tendensiyalar hələ də dərinləşmək və inkişaf etmək potensialına malikdir. Bütün bunların hara aparacağını deyə bilmərəm.

– Güc mərkəzləri arasında belə sərt mübarizə getdiyi təqdirdə kiçik ölkələr neytrallığını qoruya biləcəkmi?

– Ermənistana münasibətdə mən bitərəf sözünü işlətmək istəməzdim, çünki Rusiya bizim strateji müttəfiqimizdir. Biz bundan imtina etmirik. Ermənistan Aİİ-nin üzvüdür.  Mümkün qədər uzaq durmalı və çox incə diplomatiya aparmalıyıq. Hələlik neytral ola bilmərik. Hər halda, bunu ritorika səviyyəsinə çıxarmamalı, amma bacardıqca uzaq durmalıyıq.

– Qonşularla münasibətlərin tənzimlənməsi Ermənistanın öz tarixi yaddaşından əl çəkməsi  deməkdirmi?

– Tarixi yaddaşdan imtina etmək mümkün deyil. Bu, xalqımızın keçdiyi yolun yığcam ifadəsidir. Lakin bu o demək deyil ki, biz elə indiki məqamda tarixi yaddaşımızla yaşamalıyıq. Tarix qorunmalı, elmi cəhətdən araşdırılmalıdır.

– Ermənistan-Azərbaycan münasibətlərində hansı inkişaf nəzərə çarpır?

– Ermənistan-Azərbaycan münasibətlərində  bir sıra bəndlər hələ də razılaşdırılmalıdır.  Azərbaycan uzaqgörən siyasət aparır. O, Ermənistandan mümkün qədər çox güzəştlər qoparmağa çalışır. Bu onların məqsədidir.

– Yəni, bir halda məqsədlər uzaq strategiyaya hesablanıb?

–  Bu məsələdə Türkiyənin baxış sahəsi daha genişdir. Çünki Türkiyə hazırda dünyada öz rolunu gücləndirməyə yönəlmiş siyasət yürüdür. Dar bölgə onun üçün o qədər də vacib deyil. Burada o, öz ambisiyalarını qlobal müstəvidə reallaşdırmaq üçün mövqelərinin güclənməsini və Rusiyanın zəifləməsini Ermənistan-Azərbaycan müqaviləsi ilə mümkün qədər tez bir zamanda möhkəmləndirmək istəyir. Azərbaycanın isə taktikası fərqlidir. Bakı  sadəcə Ermənistandan güzəştlər qoparmaq istəyir.

– Rusiya-İran münasibətlərində regionumuzla bağlı hər hansı ziddiyyətlər nəzərə çarpırmı?

– Rusiya-İran münasibətləri həqiqətən vacibdir və  biz indi iki proses görürük. Birincisi stratejidir. Bu iki ölkə hazırda Qərbin güclü təzyiqi altındadır və münasibətlərini bir-birinə yaxınlaşdırmağa çalışır. Təbii ki, burada müəyyən çətinliklər var, lakin onların münasibətləri kifayət qədər sıxlaşıb. Digər tərəfdən, mənim anladığım qədər, İran narahatdır ki, Rusiyanın zəifləməsi ilə Cənubi Qfqazda  nə Qərbin, nə də Türkiyənin mövqeləri güclənməyəcək. Bu baxımdan Ermənistan amili İran üçün çox önəmlidir. Onun vasitəsilə Qərbin və Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinin qarşısını almaq istəyir. Ona görə də İran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir.

– Sizcə, Türkiyə hansı halda Ermənistanla sərhədləri  açacaq?

– Bu, dərhal baş verməyəcək. Çox açıq şəkildə bildirdilər ki, Ermənistan-Azərbaycan müqaviləsi imzalananda münasibətlərin normallaşması üçün müəyyən addımlar atacaqlar. Amma məncə Türkiyə kartı əlində saxlamağa çalışacaq. Onların hesablamalarına görə, Qarsı Naxçıvanla birləşdirən dəmir yolunun tikintisi 2029-cu ildə başa çatacaq. O vaxta qədər Türkiyə Ermənistana təzyiq vasitələrini əlində saxlamağa çalışacaq. Münasibətlər 100% həll olunmayana qədər Türkiyə bundan istifadə edəcək. Ermənistan ərazisindən ekstraterritorial dəhliz əldə etmək üçün təzyiqi davam etdirəcək.

– Sizcə, bu dəhliz  açılacaqmı?

-Əlbəttə ki, cəhd edəcəklər, amma heç bir halda buna imkan verməməliyik. Burada mühüm məqam siyasi iradədir. Axı bizim istifadə etməli olduğumuz vacib bir kart var.  Bu da  Ermənistanın geosiyasi qapısı hesab etdiyimiz Meğridir. Zəngəzurun açarı bu gün bizim əlimizdədir. Bu açarı heç kimə verməyəcəyik.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri