Tramp Azərbaycan və Ermənistandan danışdı: “Möhtəşəm ölkələrdir” KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merslə söhbəti zamanı Azərbaycan və Ermənistanla bağlı diqqətçəkən açıqlama verib.
KONKRET.az xəbər verir ki, Mers Rusiya-Ukrayna məsələsinə toxunaraq üçtərəfli görüşdən (ABŞ, Ukrayna və Rusiya liderləri arasında) öncə atəşkəsin vacibliyini vurğulayıb. Cavabında Tramp isə öz fəaliyyətini misal çəkərək bildirib: “Bundan əvvəl mən 6 müharibəni dayandırmışam və orada atəşkəs olmamışdı. Keçən həftə 35 il müharibə aparmış iki möhtəşəm ölkə – Azərbaycan və Ermənistan, onların arasında da atəşkəs olmamışdı”.
Trampın sözlərinə görə, beynəlxalq münaqişələrdə əsas məsələ yalnız atəşkəs elan etmək deyil, davamlı və real sülhə nail olmaqdır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Avqust 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















