Icma.az
close
up
RU
Ruben Vardanyanın silahdaşı qətlə yetirilib

Ruben Vardanyanın silahdaşı qətlə yetirilib

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, hazırda Bakıda mühakimə olunan erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın Ermənistanda təsis etdiyi “Həyat üçün ölkə” partiyasını Volodya Qriqoryan təmsil edib. Onun Parakar şəhərinin meri seçilməsi digər rusiyayönlü müxalifət partiyalarının dəstəyi ilə mümkün olub.
Bu qalma-qallı siyasi sui-qəsd Errmənistanda şok effekti yaradıb: indiyədək bunun arxasında hansı qüvvələrin dayandığına dair heç bir fərziyyə irəli sürülməyib.
Ermənistan Daxili İşlər nazirliyinin sözçüsü Narek Sarkisyan jurnalistlərə açıqlamasında hadisə barədə polisə yerli vaxtla saat 23:50-də məlumat daxil olduğunu deyib.
Dərhal hadisə yerinə göndərilən əməliyyat qrupu Volodya Qriqoryanın və Ararat vilayətinin kriminal polisinin əməkdaşı Karen Abramyanın yerindəcə dünyasını dəyişdiklərini qeydə alıb. Daha bir nəfər isə yaralanıb.
“Daxili İşlər naziri hazırda Vaqarşapat polis bölməsindədir və işə şəxsən nəzarət edir. Əməliyyat qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir və hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün bütün zəruri tədbirlər görülür. Yüz polis əməkdaşı hadisə yerindədir”, - Ermənistan DİN-in sözçüsü deyb.
Mövcud videoyazılarda insanların və ya nəqliyyat vasitələrinin görünməsi ilə bağlı sualın cavabında Narek Sarkisyan videokameraların şifrəsinin açıldığını, hazırda respublikaya giriş-çıxış məntəqələrinin yoxlanıldığını bildirib. Bəzi nəqliyyat vasitələri xüsusi mühafizə olunan əraziyə köçürülüb. Onun sözlərinə görə, hadisənin şahidlərinin sorğu-sualı da daxil olmaqla kifayət qədər genişmiqyaslı iş aparılır.
- İlkin məlumatlara görə, maskalı və əlcəkli şəxs orada dayanan 3 nəfərə yaxınlaşaraq atəş açıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb”, - qətldə kimun şübhəli bilindiyi barədə suala Sarkisyan cavab verib.
Ruben Vardanyanın məhkəməsi davam etdirilib Ermənistan DİN-in təmsilçisi sözügedən qətlin Merdzavan icmasında baş verən ilk hadisə olmadığı və ehtimllardan birinə əsasən, son hadisənin qisasçılıq zəminidə baş verməsi fonunda bir daha qan tökülməməsi üçün atılan addımlara da toxunub.
“Hər hansı versiya haqqında qəti danışmaq hələ tezdir. Bütün təklif olunan versiyalar müzakirə olunur”, - Narek Sarkisyan söyləyib.
“Facebook” səhifəsində insidentə münasibət bildirən Ermənistanın baş naziri Nikol Paşinyan “silahlı hücumu qətiyyətlə pislədiyini” yazıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən bütün şəxsləri tez bir zamanda müəyyənləşdirməyə borcludurlar.
- Həmçinin Parakarda baş verən silsilə zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərin görülməli və bunu kim etməli olduğunu, lakin niyə baş vermədiyini də hərtərəfli təhlil etmək lazımdır. Təhlil əsasında müvafiq nəticələr çıxarılacaq”, - Nikol Paşinyan vurğulayıb.
Son illər Ermənistanda mütəmadi olaraq cinayətkar qruplar arasında silahlı toqquşmalar baş verir. Lakin Volodya Qriqoryanın mafioz “razborkalar” fonunda qisas aktı, yoxsa ölkənin daxili vəziyyətini destabilləşdirməyə yönəlmiş siyasi sui-qəsd olduğu hələ də qaranlıq olaraq qalır.
Hadisənin motivi hələ müəyyən edilməsə də, rusiyapərəst dairələrin bəzi nümayəndələri artıq Qriqoryanın qətlinin “onun ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu” bildiriblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri