Icma.az
close
up
RU
Rubio: “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...”

Rubio: “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...”

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın dövlət katibi Marko Rubio hesab edir ki, NATO təhlükə altında deyil. Bununla belə, o, Alyans üçün əsas təhlükənin kifayət qədər müdafiə xərcləri ayırmayan müttəfiqlər olduğunu düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə Marko Rubio Fox News-a müsahibəsində deyib. Müsahibəni ABŞ Dövlət Departamentinin təqdim edib.

"NATO təhlükədə deyil. NATO-nu təhlükə altına qoyan yeganə şey, Alyansda demək olar ki, ordusu olmayan və ya 40 il ərzində orduya pul xərcləmədikləri üçün döyüş qabiliyyəti zəif olan üzvlərin olmasıdır. Biz NATO idik və NATO olaraq qalırıq", - Rubio deyib.

O əlavə edib ki, xüsusilə də Qərbi Avropada yerləşən və "çoxlu vəsaitə malik olan" varlı ölkələr öz milli təhlükəsizliklərinə yatırım etməli idilər, lakin bunu etmirlər.

"Elə ölkələr var ki, ÜDM-in 1,5%-ni və ya 1%-ni müdafiəyə xərcləyir. Biz bu yükü daha çox daşıya bilmərik. Bu nə ədalətlidir, nə də davamlıdır", – deyə Rubio vurğulayıb.

"NATO-ya təhlükə yaradan odur ki, bəzi hallarda bizim Alyans üzvlərimiz yoxdur. Bəzi ölkələr bu öhdəliklərini yerinə yetirib – Polşa, Çexiya və bir çox başqaları. Amma bəziləri bunu etməyib. Bunlar isə Almaniya, Fransa kimi varlı ölkələrdir", – deyə amerikalı siyasətçi fikrini tamamlayıb.

Fevralın 25-də Böyük Britaniyanın baş naziri Kir Starmer soyuq müharibədən bəri ən böyük müdafiə xərclərinin artırılacağını elan edib və 2027-ci ilə qədər bu göstəricinin ÜDM-in 2,5%-nə çatdırılmasını planlaşdırdıqlarını bildirib.

O, həmçinin müdafiə xərclərinin 3%-ə qədər artırılmasını dəstəklədiyini qeyd edib.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp NATO üzvlərinin müdafiə üçün ÜDM-in 2%-i əvəzinə 5%-ni xərcləməsi təklifi ilə çıxış edəcəyini bildirmişdi.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri