Rubio Ukraynanın “Starşild” sisteminə çıxış əldə etməməsinin səbəbini açıqladı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Rusiyanın dərinliklərinə zərbələr vurmaq üçün müraciət ünvanlasa də, hələlik ABŞ-ın hərbi peyk rabitə sistemi olan Starşild-ə çıxış əldə etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə Starşild sistemindən istifadə üçün müraciət edib. Lakin hazırda Kiyevin bu sistemə çıxışı yoxdur.
Dövlət katibi Starlink və Starşild sistemlərinin fərqli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Starlink kommersiya məhsuludur, Starşild isə ABŞ ordusunun istifadə etdiyi müdafiə təyinatlı sistemdir.
Rubio ABŞ administrasiyasının Ukraynada Starlink-in fəaliyyətini qəsdən məhdudlaşdırdığı barədə iddiaları da təkzib edib.
“Bunun Ağ Evlə heç bir əlaqəsi yoxdur. Bu, qətiyyən doğru deyil. Ağ Evdə heç kim müəyyən pilotsuz uçuş aparatlarının sistemdən istifadə edə bilməməsi üçün internetin zəiflədilməsi və ya bağlantı sürətinin aşağı salınması barədə göstəriş verməyib”, – deyə o bildirib.
Amerikalı diplomatın sözlərinə görə, əldə etdiyi məlumata əsasən, Starlink-in fəaliyyəti artıq bərpa olunub.
“Anladığım qədərilə, sistem yenidən işləyir və əvvəlki göstəricilərinə qayıdıb”, – Rubio vurğulayıb.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















