Rubio: Venesuelada seçkilərin keçirilməsi zəruridir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Venesuelada gələcəkdə seçkilərin keçirilməsi zəruridir, lakin indi bunun üçün uyğun vaxt deyil.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son nəticədə ölkədə hakimiyyət keçidi baş tutmalı və bütün səviyyələrdə legitim seçkilər keçirilməlidir ki, yeni rəhbərlik xalqdan alınmış qanuni mandata malik olsun.
Rubio qeyd edib ki, bu yolda ilk addım milli barışıq olmalıdır, çünki Venesuela cəmiyyəti uzun müddətdir ki, siyasi baxımdan parçalanmış vəziyyətdədir.
Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, Venesuela bir çox iqtisadi problemləri həll etməlidir və hazırda ilkin vəzifə ölkədə vəziyyətin sabitləşdirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Avqust 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















