Icma.az
close
up
RU
RÜBL “ÖLÜR”, İQTİSADİYYAT TƏNƏZZÜLLƏ ÜZ ÜZƏDİR İnflyasiya, devalvasiya, sosial təlatümlər qapıdadır + RƏQƏMLƏR

RÜBL “ÖLÜR”, İQTİSADİYYAT TƏNƏZZÜLLƏ ÜZ ÜZƏDİR İnflyasiya, devalvasiya, sosial təlatümlər qapıdadır + RƏQƏMLƏR

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadi çöküş Putini müharibəni dayandırmağa vadar edəcəkmi?

Kreml hər nə qədər müharibənin və sanksiyaların Rusiya iqtisadiyyatını sarsıtmasını gizlətməyə, hətta bunun müsbət effekt verdiyini izah etməyə çalışsa da, real mənzərə kifayət qədər ağır, hətta acınacaqlıdır...

Artıq son 9 gündür ki, Rusiya rublu dayanmadan dəyər itirir. Bu, ölkəyə valyuta axınının azalması, xaricdən mal idxalının isə artmasından qaynaqlanır. Yəni, tədiyə balansı Rusiyanın xeyrinə dəyişmir.

Lakin problem təkcə bunda deyil. Rusiya büdcəsi 1990-cı illərədn bəri ən yüksək büdcə kəsirləri ilə üz-üzə qalmaqdadır. Vladimir Putin hələ Alyaska səfərindən əvvəl iqtisadi uğurları ilə öyünür, büdcə vəziyyətinin sabit, inflyasiya və işsizlik səviyyəsinin isə aşağı olduğunu deyirdi. Ancaq bu, primitiv təbliğat tryuku və getdikcə artan iqtisadi problemləri ört-basdır etməkdən başqa bir şey deyildi.


Birincisi, Rusiya büdcəsi qeyri-adi dərəcədə çətin vəziyyətdədir. İkincisi, hətta rəsmi məlumatlara görə, Rusiyada iqtisadi artım zəifləyir, dayanmaq üzrədir və ölkə iqtisadi depressiya ilə üz-üzədir.

İqtisadi məsələlərlə bağlı keçirilən son müşavirədə Putin qeyri-neft və qaz gəlirlərinin 14% artdığını qeyd edib, lakin eyni dövrdə ümumi gəlirlərin cəmi 2,8%, xərclərin isə 21%(!) artdığını, yəni, xərclərin gəlirləri 7 dəfə(!) üstələdiyi barədə susub. İlin təkcə yeddi ayı ərzində federal büdcə kəsiri 2024-cü illə müqayisədə artıq 4,5 dəfə çoxdur. Bu, 4,9 trilyon rubl təşkil edir. Belə büdcə kəsiri Putinin hakimiyyəti dövründə heç vaxt olmayıb.

İlin sonunda büdcə kəsirinin daha da artacağı gözlənilir. Rusiyalı mütəxəssislərin hesablamalarına görə, 2025-ci ilin sonuna gəlirlər 40,7 trilyon, xərclər 46,6 trilyon olacaq və büdcə kəsiri 6,9 trilyona çatacaq. Hətta bəziləri ötən ilin dinamikasını nəzərə alaraq, kəsirin 10,7 trilyon rubl, yəni ÜDM-in 5%-ini təşkil edəcəyini deyirlər. Bu isə son 16 ildə ən böyük kəsir olacaq.


Federal büdcə kəsiri hazırda Rusiya hakimiyyəti üçün olduqca ciddi problemdir, çünki kəsirin maliyyələşdirilməsi getdikcə çətinləşir. Burada iki yol var: daxili kreditlər və hesablara qənaət. Daxili kreditlərin 90%-i dərhal kreditorlara qaytarılmalıdır - daxili borc üzrə faiz ödənişlərinin məbləği isə kifayət qədər sürətlə artır.

Əsas problem isə ondan ibarətdir ki, Rusiya Milli Rifah Fondunun(Bizdəki Neft Fondunun analoqu) likvid hissəsində 4 trilyon rubldan az vəsait qalıb. Vəziyyət əsaslı şəkildə dəyişməzsə, o zaman bu məbləğ dörd aydan az müddətə kifayət edəcək. Daha 5,1 trilyon rubl dövlətin Mərkəzi Banka olan xalis tələbləridir. Bu da təxminən 7 aya yetəcək. Beləliklə, Kremlin büdcəni qidalandırmaq üçün əli çatan vəsaitlər - ehtiyatlar cəmi bir ilədək tükənə bilər. Heç nə dəyişməsə, ondan sonra ya hər ay bir trilyon rubla yaxın borc götürmək, ya da pul çap etmək məcburiyətində qalacaqlar. Bu, Putin hökumətlərinin son 25 il ərzində qaçmağa çalışdığı 1990-cı illərin pul çapı və borc iqtisadiyyatına qayıtmaq olacaq. Bu da qaçılmaz inflyasiya, devalvasiya, sosial təlatümlər və s. deməkdir.

Rusiya büdcəsinin ən ağır yükü, əlbəttə ki, müharibə xərcləridir. Təkcə federal büdcədən müharibəyə 2025-ci ildə 13,2 trilyon rubl ayrılıb. Müharibədən əvvəl bu məbləğ təxminən 6 trilyon rubl olub. Beləliklə, təkcə mərkəzi büdcə üçün Ukrayna ilə müharibənin dəyəri rəsmən 7,2 trilyon rubldur. Nəzərə alaq ki, qeyri-rəsmi və dolayı xərclər daha çoxdur. Müharibə federal büdcədən əlavə, vilayətlər və dövlət şirkətləri tərəfindən də maliyyələşdirilir. 2025-ci ildə regionlar hərbi ehtiyaclara təxminən 1,2 trilyon rubl xərcləyəcək. Regionların hərbi büdcələrinin əksəriyyətini hərbçilər, qaçqınlar və həlak olanların ailələri üçün müavinətlər təşkil edir. Bölgələr mülki müdafiəyə, o cümlədən bomba sığınacaqları və yanğınsöndürmə sahələrinə də kifayət qədər pul xərcləyir.

Beləliklə, rusiyalı mütəxəssislərin hesablamalarına görə, müharibəyə federal və regional xərcləri yekunlaşdırsaq, ildə təxminən 8 trilyon rubl (100 milyard dollar), ayda 666 milyard rubl və ya gündə 22 milyard rubldan çox məbləğ alınır. Daha yüksək hesablamalar da var. Məsələn, Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun hesablamalarına görə, Rusiya müharibəyə gündə 47 milyard rubl xərcləyir. Bu isə ildə 200 milyard dollardan çox xərc deməkdir. Bu xərcə Rusiya iqtisadiyyatının dözə bilməsi isə qətiyyən inandırıcı deyil...


Qeyd edək ki, Rusiyadakı fiskal böhran təkcə şişirdilmiş xərclər, ilk növbədə hərbi xərclər səbəbindən deyil, həm də gəlir çatışmazlığı səbəbindən yaranıb. Gəlir isə durmadan azalır. Çünki vergi tutulan iqtisadiyyat sahələri inkişaf etmir. Sanksiyalar, dünya bazarındakı qiymətlər, Rusiyanın Avropa enerji bazarını, eləcə də silah və digər bazarlardakı yerini itirməsi, həmçinin sadalamadığımız digər problemlər öz sözünü deyir. Rusiya iqtisadiyyatı normalda ildə 2,5% artmalıdır. Rusiya hökumətinin baza ssenarisində gözlənti budur. Daha pessimist versiyada - 1,8%. Amma hələ ki, proqnozlar özünü doğrultmur və dərəcələr aşağıdır: birinci rübdə 1,4%, ikinci rübdə isə cəmi 1,1%. Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri də daxil olmaqla, rəsmilər açıq şəkildə deyirlər ki, artım tezliklə tamamilə dayanacaq, Rusiya tənəzzüllə üz-üzədir.

İqtisadçıların fikrincə, artıq 2025-ci ilin oktyabrında bütün iqtisadiyyat tənəzzülə uğrayacaq və bu tənəzzül uzanacaq. Yəni ÜDM-in fiziki həcminin azalması (bir il ərzində) ardıcıl dörd rübdən çox davam edə bilər. Artıq azalma başlayıb, hətta Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutu da etiraf edir ki, ÜDM-də 2024-cü ilin son rübü ilə müqayisədə azalma var.

Təkcə insani baxımından deyil, maliyyə baxımından da müharibə həmişə fəlakətdir. Rusiyada üç il ərzində bunu maskalamğa çalışıblar. İndi isə bu, mümkünsüz görünür. 2025-ci ilin federal büdcəsinin vəziyyəti bunun əyani sübutudur.

Tamamilə təbiidir ki, Putin bürokratiyasının nisbətən həssas hissəsi bu vəziyyətdən çıxmaq üçün sülh istəyir. Lakin bütün bunlar o demək deyil ki, ehtiyatlar tükəndikdə, Kreml avtomatik olaraq müharibəni dayandırmalı olacaq. Ən pis halda, neft qiymətləri ilə bağlı vəziyyət dəyişməsə və bir ildən sonra ehtiyatlar tükənərsə, Putin çap maşınını işə sala və eyni zamanda, borc piramidasının qurulmasına başlaya bilər.

Bütün bunların Azərbaycana təsirinə gəlincə, mənfi təsirlər qaçılmazdır. Azərbaycan büdcəsi Rusiya büdcəsilə müqayisədə əlbəttə ki, yaxşı durumdadır. Amma ölkə iqtisadiyyatı zatən faktiki olaraq böyümür, artım göstəriciləri 1 faiz civarındadır ki, bu da artım deyil, durğunluqdur. Böyük qonşu dövlətdəki durumun pisləşməsindən də bizim üçün yaxşı nəsə gözləməyə dəymir.

Artıq bir çox azərbaycanlı orta və iri iş adamları Rusiyadakı bizneslərini satıb, ya Azərbaycana qayıtmağa, ya da hansısa başqa bir ölkəyə üz tutmağa çalışırlar. Kiçik biznesi olanların isə əksəriyyəti artıq bunu edib. Rusiyadan ölkəmizə pul köçürmələrinin azalan dinamikasına baxsanız, bunu aydın görə bilərsiniz.

Ümumilikdə dünya o qədər qloballaşıb ki, istənilən halda, hazırkı çətin, proqnozlaşdırılması mümlkünsüz iqtisadi durumun başında duran əsas səbəblərdən biri Ukraynada davam edən müharibədir. Odur ki, bu ədalətsiz işğalçılıq müharibəsi bitməyincə, bütün region iqtisadi və siyasi təlatümlər təhlükəsilə üz-üzə qalacaq. Azərbaycan da bu sırada istisna deyil...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”    

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see238

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see165

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see150

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see146

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri