Icma.az
close
up
RU
Ruhların görüş yeri

Ruhların görüş yeri

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1988-ci ildə ağır yığnaqlı Zəngəzur mahalından bir karvan qalxdı. Bu nə köç karvanı idi, nə də elat karvanı.  Bu karvan yurdu yağıya qalan Didərginlər karvanı idi.  Bu o zamanlar idi ki, qaniçən rus imperiyası quduzlaşmış erməni faşistlərinizənzirdən açıb üstümüzə buraxmışdı. Ona görə də silahlı quldurların qarşısında əliyalın, ac-yalavac qalanəhalinin hərəsi bir yana üz tutmuşdu. Bu son mənzili bəlli olmayan Didərginlər karvanında bığ yeri yenicə tərləmiş Müşfiq də vardı. Heç kimin yolunun sonu bəlli olmasa daMüşfiqin müqəddəsliyə aparan bir əbədiyyət yolu var idi. O yol 1971-ci il sentyabrın 15-də Müşfiq dünyaya gələndən başlamışdı.

Vəliyev Müşfiq Ağa oğlu ulu Zəngəzurun Qafan rayonunun Kirs kəndində doğulub. 1988-ci ildə qarı düşmən Qarabağı ələ keçirmək üçün ona mane olacaq qüvvəni, Qərbi azərbaycanlıları silah gücünə qovmaq qərarına gələndə  Azərbaycanın manqurtlaşmış rəhbərliyi əhaliyə ərzaq, silah-sursat göndərmək, yerlərində möhkəm daynmaq üçün yardım etmək, ideoloji iş aparmaq əvəzinə köçmələri üçün nəqliyyat vasitələri göndərdi.Beləcə düşmən felinə düşən ellərimizin əhalisi pərən-pərən düşəndə 17 yaşlı Müşfiq də ata ocağından ayrı düşdü. Ailəsi ilə birlikdə Azərbaycana pənah gətirən Müşfiq Bakının Nəsimi rayonundakı 19 saylı orta məktəbdə təhsilini başa vurub Sovet Ordusu sıralarında xidmətə gedib.

Müşfiq xidməti başa vurub qayıdanda azğın düşmən yurdumuza ayaq açmışdı. Qarabağda qanlı qırğınlar törədirdi. Ona görə də Müşfiq 1992-ci ildə ölməzliyə, əbədiyyətəaparan bir yolun yolçuluğuna başlayıb. Könüllü olaraq cəbhəyə getmək üçün Hərbi Komissarlığa müraciət edib.

Rəhmətlik atası Ağa Vəliyev deyirdi:

“O bilirdi ki, o torpaqlar bizimdir, həm də özü öz dədə-baba yurdundan ermənilər tərəfindən qovulmuşdu. Ona görə də heç tərəddüd etmədən cəbhəyə getdi. Həm də doğulduğu bölgəyə ən yaxın olan Zəngilan rayonuna getdi. Vətən yolunda da şəhid oldu. Mən oğlumun şərəfli yolu ilə fəxr edirəm, təki vətən sağolsun!”

         Müşfiqin müəllimi Bayram Məmmədovun dediklərindən:

“Müşfiq mənim dayım oğlu olmaqla bərabər həm də şagirdim olub. Özü də sevimli şagirdlərimdən olub. Müşfiq həm istedadlı, həm də cəsur, qorxmaz oğlan idi. O vaxt atasının mal-mülkünü ermənilərə verməyib. Qışın çovğununda keçilməz dağlardan keçib Naxçıvana gedib. Mal-heyvanı da təkbaşına özü ilə aparıb. Müşfiq Qafana yaxın olsun, bəkə öz kəndlərimizi də erməni işğalından azad edərik,- deyə Zəngilanda, Şayıflıda döyüşürdü.”

         Müşfiq silah -sursatın çatışmadığı, bəzən bir neçə əsgərin növbələşib bir silahla döyüşə girdiyi vaxtlarda ruhunun, vətən sevgisinin gücünə arxalanaraq savaşırdı. O, kəşfiyyatçı idi. Ən mühüm döyüş tapşırıqlarını yerinə yetirirdi. Düşmənin döyüş mövqeləri, şəxsi heyəti barədə məlumat gətirmək üçün daim kəşfiyyatda olurdu. Zəngilan rayonunun Şərikan kəndində, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlı rayonununXanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüvvəsini məhv edən Müşfiq qarşı tərəfin bir tankını, bir ədəd UAZ markalı avtomobilini və Belarus markalı qoşqu maşınını qənimət gətirib.

Müşfiq Zəngilanda döyüşə-döyüşə Qərbi Azərbaycandakı dədə-baba torpağına da sahiblənmək niyyətindəymiş. 1993-cü il aprelin 10-da silahdaşları ilə birlikdə qədim Oğuz yurdu Qafanın 4 kəndini düşməndən təmizləyiblərmiş. Təəssüf ki, həmin vaxt Qubadlı, Cəbrayıl rayonları işğal olunduğundan Zəngilanın hər tərəflə əlaqəsi kəsilib. Oktyabrın 25-də düşmən ağır texnika ilə Qumlaq istiqamətindən hücuma keçib. İgidlərimiz düşmənlə ölüm-dirim savaşına atılıblar. Həmin gün düşmən cəbhəsinin 3 tankı yandırılıb. Xeyli canlı qüvvəsi məhv edilib. Bu Müşfiqin son döyüşü olub.

Müşfiqin anası Səkinə xala 2005-ci ildə Azərbaycan Televiziyasının “Zireh” verilişinin aparıcı müəllifinə verdiyi müsahibədə yeganə arzusunu belə ifadə etmişdi:

“11 ildi Müşfiqim ölüb, hələ torpağına göz yaşı düşməyib, üstünə gül qoyulmayıb, məzarı ziyarət olunmayıb. Bircə Allahdan əhdim odur ki, İlhama can sağlığı versin, dünya düzgünlük olsun, torpaqlarımız alınsın, Müşfiqin bacıları, anası, qardaşı qəbrinə ziyarətə getsin!

Haşiyə:O, Qərbi Azərbaycanlı ananın nəşi tapılmayan oğlu Müşfiq Zəngilan rayonunda Şəhid olmuşdu. Döyüş yoldaşları meyiti atəş altından çıxara bilmədikləri üçün nişanalanmış bir ağac dibində dəfn ediblər ki, torpaqlarımız işğaldan azad olunanda gəlib tapalar. Şükür, 44 Günlük zəfər müharibəsindən sonra döyüş yoldaşları Müşfiqin nəşini gətirib Zəngilan Şəhidlər Xiyabanında dəfn ediblər. O günü görmək Səkinə xanıma nəsib olmasa da, onun arzusu 15 ildən sonra çin olub.

         Avqustun 9-da Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə Müşfiqin doğmalarının qohumlarının və Qafan Rayon İcmasının üzvləri Zəngilan Şəhidlər Xibanını ziyarət ediblər. Gülövşə Məmişova qardaşının mərmər məzar daşı ilə baş-baş verib göz yaşı axıdıb.

Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Müşfiq Vəliyevin keçdiyi şərəfli döyüş yolundan danışıb.Misir Aslanov  və şair şair Ramazan Səməroğlu bu müqəddəs ziyarətin təşkilatçılarına Kirs- Kurud camaatı adından minnətdarlığını bildirib.

Şəhidin qardaşı Bəhrəm Vəliyev zəhmət çəkib uzaq yoldan Şəhid qardaşlarının ziyarətinə gələnlərə ailələri adından təşəkkür edib. Şəhid ailələrinə göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Ziyarətçilər Müşfiqlə “keçən” bir günü əbədiləşdirmək üçün xatirə şəkili çəkdiriblər.Beləcə Səkinə xalanın, Ağa dayının, qızları Tamaşa və  oğulları Müşfiqin ruhlarının görüş yerində duyğulu anlar yaşanıb. Qəbir ziyarətindən sonra Müşfiq Vəliyevin adına ehsan süfrəsi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1229

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see512

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see401

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see401

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see387

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see346

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see329

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see291

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see231

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see219

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see212

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see204

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see195

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see185

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see180

Anar Babayev 2 nəfərə vəzifə verdi

07 Oktyabr 2026 15:13see177

Azərbaycanda hansı bank daha ucuz kredit verir? SİYAHI

07 Oktyabr 2026 15:00see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see170

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri