Icma.az
close
up
RU
Rumen Radev: Yeni kollektiv kəmiyyət hədəfi COP29un əsas gözlənilən nəticəsidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Rumen Radev: Yeni kollektiv kəmiyyət hədəfi COP29un əsas gözlənilən nəticəsidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni kollektiv kəmiyyət hədəfi COP29 iqlim konfransının əsas gözlənilən nəticəsidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni hədəf özəl sektor da daxil olmaqla bütün mümkün mənbələrdən iqlim tədbirlərinin maliyyələşdirilməsini təmin etməlidir.

"Yalnız kifayət qədər maliyyə vəsaiti olduğu halda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və yeni reallıqlara uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək mümkün olacaq. Əsas diqqət iqlim dəyişikliklərinə daha çox həssas olan ölkələrin ehtiyaclarına yönəldilməlidir. Eyni zamanda, biz iqlim böhranının nəticələri ilə mübarizəni fəal şəkildə davam etdirməli, qlobal enerji sistemlərinin dekarbonizasiyası yoluna sadiq olmalıyıq", - R.Radev bildirib.

Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və enerji infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayan Bolqarıstan Prezidenti qeyd edib ki, enerji təhlükəsizliyi başlıca prioritet olaraq qalmalıdır.

"Bolqarıstan təkcə enerji əməkdaşlığı üzrə regional təşəbbüslərdə iştirak etmək niyyətində deyil. Biz Aİ ilə iqlim neytrallığı, ədalətli enerji keçidi, enerji təhlükəsizliyi və s. sahələrdə prioritetlərimizi bölüşən digər ölkələr arasında əlaqələri gücləndirəcəyik", - o əlavə edib.

R.Radev həmçinin COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib və bu konfransı siyasi çağırışlar, təhlükəsizlik təhdidləri və iqlim böhranının kəskinləşməsi dövründə əlamətdar hadisə adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri