Icma.az
close
up
RU
Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Buxarest, 16 sentyabr, AZƏRTAC

Rumıniyanın “Epoch Times Romania” nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlərə dair məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrin “Azərbaycan Prezidenti Avropa Parlamentini korrupsionerlər yuvası adlandırıb” sərlövhəli materialında dövlətimizin başçısının sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı Avropa təsisatlarının Azərbaycana münasibəti barədə səsləndirdiyi fikirlər yer alıb.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev Avropa Parlamentini sərt tənqid edərək qurumun fəaliyyətində korrupsiya hallarına və Azərbaycana münasibətdə ikili standartlara diqqət çəkib.

Qeyd olunub ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın uzun illər ərzində Avropa təşkilatlarında öz mövqeyini çatdırmağa çalışdığını, lakin Ermənistanın işğalçılıq siyasətinə lazımi siyasi qiymət verilmədiyini bildirib.

Məqalədə bildirilib ki, Prezident İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini xatırladaraq Azərbaycanın həmin dövrdə beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə siyasi qiymət verilməsini tələb etdiyini vurğulayıb.

Vurğulanıb ki, Azərbaycan Avropa Şurasından Ermənistana qarşı hərbi əməliyyatlar aparılmasını deyil, işğal faktının siyasi baxımdan tanınmasını istəyirdi. Lakin Prezident İlham Əliyevin sözlərinə görə, bu istiqamətdə müvafiq qərarlar qəbul edilməyib.

Rumıniya nəşrinin diqqətə çatdırdığı əsas məqamlardan biri Prezident İlham Əliyevin Avropa Parlamentində korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərdir.

Qeyd olunub ki, Prezident İlham Əliyev Avropa Parlamentinin keçmiş vitse-prezidenti ilə bağlı korrupsiya qalmaqalına toxunaraq qurumun fəaliyyətini tənqid edib. Prezidentin sözlərinə görə, həmin şəxsin evində milyonlarla dollar aşkar edilməsi ilə bağlı hadisəyə baxmayaraq, məsələ lazımi şəkildə araşdırılmayıb.

İlham Əliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandıraraq bu fikri tam məsuliyyətlə söylədiyini bildirib.

Vurğulanıb ki, Prezident çıxışında Avropa təsisatlarının Azərbaycana münasibəti ilə bağlı digər məsələlərə də toxunub. O, Ermənistanın işğalçılıq siyasətinə görə sanksiyalarla üzləşmədiyini, Azərbaycanın isə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Avropa Şurası Parlament Assambleyasında məhdudiyyətlərlə qarşılaşdığını bildirib. Prezident İlham Əliyev bu yanaşmanı Azərbaycana münasibətdə ikili standartların təzahürü kimi qiymətləndirib.

Məqalədə o da qeyd olunub ki, Prezident İlham Əliyev, həmçinin Avropa təsisatlarında islamofobiya ilə bağlı narahatlığını ifadə edib. O, müsəlman dünyasının nüfuzdan salınması və dini dəyərlərə qarşı hörmətsizlik hallarının təsadüfi olmadığını bildirərək bu cür hallara qarşı birliyin vacibliyini vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri