Rumıniyada görünməmiş istilər: Qırmızı təhlükə səviyyəsi elan edildi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rumıniya Milli Meteorologiya Xidməti Buxarestdə və 35 bölgədə hava ilə bağlı qırmızı təhlükə səviyyəsi elan edib.
Bu barədə "Digi24" telekanalı meteoroloqlara istinadən məlumat verib.
"İyun ayının mütləq rekordu ilə müqayisə edilə bilən yüksək temperaturlar qeydə alınacaq. Havanın maksimum temperaturu 35-41 dərəcə Selsiyə qədər yüksələcək, ən yüksək göstəricilər ölkənin şimal-qərbində - Banat və Krişanada olacaq", - deyə açıqlamada bildirilib.
Qeyd edilir ki, gecə havanın temperaturu 17-25 dərəcə Selsiyə qədər düşəcək.
Avropada davam edən istilər tarixdə müşahidə olunanlar sırasında ən yüksəklərdən biridir. Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və bir sıra digər ölkələrdə temperatur +40 dərəcə Selsini keçir, hakimiyyət orqanları qırmızı təhlükə səviyyəsi elan edir, məktəbləri bağlayır, kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırır və sakinləri açıq havada olmağı məhdudlaşdırmağa çağırır. Nəqliyyatın işində fasilələr, hava keyfiyyətinin pisləşməsi və bədbəxt hadisələrin sayının artması qeydə alınır. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















