Icma.az
close
up
RU
Rus bölmələrinin bağlaması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir

Rus bölmələrinin bağlaması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər ölkədə fəaliyyət göstərən məktəblərin rus bölmələri, eləcə də rus məktəblərinin bağlanacağı ilə bağlı fikirlər səslənsə də, bu, hələ real deyil. 

Bu gün Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156–160 min nəfərdir. 

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ancaq bu gün məktəblərin rus bölmələrində müəllim çatışmazlığı özünü göstərir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin nəticələri aşağı olur: 

“Rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50–60-dır. Azərbaycan bölməsi üzrə isə bu göstərici 80-dən yuxarıdır. Bu səbəbdən də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur oluruq, çünki alternativ yoxdur”. 

Məktəblərdəki rus bölmələri müəllim çatışmazlığına görə tədricən bağlana bilərmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, pedoqoji kadrlar hazırlayan universitetlərdə qəbul balı daha da yüksəlib: 

“Artıq bu ixtisasa qəbul balı 600 bala çatıb. Ancaq son 5 ildə pedoqoji kadrlar hazırlayan universitetlərdə rus bölmələri üzrə müəllimlik ixtisasını seçən yoxdur. Çünki tədrisin keyfiyyəti çox aşağıdır. Ona görə ki, 5-ci sinifdən sonra müəllim çatışmazlığı var. Bu müəllim çatışmazlığı da ali məktəblərə qəbul vaxtı özünü göstərir. 

Yəni o məzunlar qəbul vaxtı çox aşağı bal toplayırlar. İndiyə qədər valideynlər düşünürdülər ki, övladını rus bölməsinə qoyacaq və az balla hansısa ali təhsil müəssisəsinə qəbul ola biləcək. Ancaq təcrübə göstərir ki, bu cür “oyunlar” artıq keçmir. Artıq xarici dil kimi əksəriyyət ingilis dili qruplarını seçir. 

Çünki ən çox pedaqoji kadrlar hazırlayan Azərbaycan Dövlət Pedoqoji Universiteti artıq ingilis dilində də müəllimlər,  hətta ibtidai siniflər üçün ingilis dili müəllimi hazırlayır. Ona görə də 5-ci sinifdən sonrakı ixtisas fənn müəllimləri- fizika, riyaziyyat, biologiya, kimya, tarix üzrə kadr yetişmir”. 

O deyib ki, rus bölmələrinin bağlanmasının əsas səbəbi də məhz bununla bağlı ola bilər:

“Bu məsələni Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə əlaqələndirənlər var idi. Ancaq rus bölmələri ilə yaranan problem 5 ildir ki, davam edir. Yəni pedaqoji kadrlar yetişmədiyindən, rus bölmələrində ixtisaslı müəllimlər yoxdur. 

İbtidai sinif müəllimləri güclə “yola verirlər”. Eyni zamanda, son dövrlər müəllimlərin işə qəbulu imtahanı da var ki, gənclər bu kimi imtahanları da nəzərə alıb pedaqoji ixtisaslara maraq göstərmirlər”. 

Ekspertin sözlərinə görə, son 10 ilə qədər belə bir fikir formalaşmışdı ki, rus bölmələrində intellektli, savadlı şagirdlər yetişir: 

“Ancaq təcrübə göstərdi ki, artıq müəllimlər azaldıqca, bu sahəyə diqqət azaldı. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Elm və Təhsil Nazirliyinin belə bir öhdəliyi yoxdur ki, rus bölmələrini xüsusi olaraq dərs vəsaitləri ilə təmin eləsin. 

Ona görə də bu sahə artıq tədricən sıradan çıxmaq üzrədir. Məsələn, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərə hər il Azərbaycan dövlətinin vəsaiti hesabına dərs vəsaitləri göndərilir. Azərbaycan hökuməti bunu öhdəliyinə götürür. Ancaq bu gün Azərbaycanda fəaliyyət göstərən 340 rus bölməsinə Rusiya dövləti tərəfindən heç bir dərs vəsaiti daxil olmur. 

Ona görə də mən düşünürəm ki, yaxın 3-5 il ərzində rus bölmələri tamamilə sıradan çıxacaq. Bizim Konstitusiyaya görə, ETN üzərində ancaq Azərbaycan dilində tədrisə görə məsuliyyət var. Hərçənd ki, Azərbaycan dövləti rus bölmələrinə yardım edir. 

Bu gün rus bölmələrində sıxlıqla bağlı şikayət var. Çünki müəllim olmadığı üçün siniflərdə sıxlıq yaranır. Məsələn, bir sinifdə 40-45 şagird təhsil alır. Rus bölmələrində ibtidai sinif, fənn müəllimləri çatışmadığı üçün sıxlıq var. Elm və təhsil naziri də etiraf etdi ki, bizim onları xüsusi siniflə, dərs vəsaitləri ilə təmin etmək öhdəliyimiz yoxdur. Həqiqətən də Azərbaycan bu sahədə dəstək olur, ancaq öhdəliyi yoxdur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Rus bölmələri vəsait Məzahir Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri