Icma.az
close
up
RU
Rus bölməsində müəllim hazırlığı sistematik aparılmır Ekspertdən NARAZILIQ

Rus bölməsində müəllim hazırlığı sistematik aparılmır Ekspertdən NARAZILIQ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Əvvəlki illərdə rus bölməsi üzrə müəllimlərin sertifikasiya imtahanlarında qarşılaşdığı əsas narazılıqlardan biri sualların həm məzmun, həm də terminoloji baxımdan Azərbaycan bölməsi ilə müqayisədə daha çətin olması idi”.

Bunu Modern.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, müəllimlər bu çətinliyi bir neçə aspektdən əsaslandırırdılar: tərcümə olunmuş testlərin keyfiyyətsizliyi, mətn və tapşırıqların strukturunun rus dilində tədris mühitinə uyğunlaşdırılmaması, kurikulum və pedaqoji üsulların azərbaycanlaşdırılmış variantları əsasında hazırlanması, yəni real tədris təcrübəsi ilə uyğunsuzluq: "Bu səbəbdən rus bölməsində çalışan müəllimlər haqlı olaraq deyirdilər ki, həm testlərin texniki dili, həm də didaktik çətinlik səviyyəsi onların nəticələrinə mənfi təsir edir".

Onun sözlərinə görə, 2024-cü ildə keçirilən imtahanlardan sonra bu fərqlərin ictimailəşdirilməsi və müəllimlərin aktiv şəkildə sosial mediada, eləcə də Təhsil İnstitutuna yönəlik sorğular vasitəsilə etirazları müəyyən təsir doğurdu:

“Elm və Təhsil Nazirliyi də etiraf etdi ki, bölmələrarası fərqlər var və bunun aradan qaldırılması istiqamətində iş aparılacaq. 2025-ci ildə gözləntilər daha balanslı və vahid meyarlar əsasında hazırlanmış suallardır. İlk olaraq qeyd edək ki, bu il sualların hazırlanmasında Təhsil İnstitutunun yanında rus bölməsi üzrə ixtisaslaşmış ekspertlərin cəlb olunması prosesi genişləndirilib. Məqsəd – sualların yalnız tərcümə yox, rus dilində tədrisin spesifikasına uyğun tərtib olunmasıdır. Məsələn, pedaqogika və metodika bölməsində istifadə olunan terminlərin birbaşa Azərbaycan dilindən çevrilməsinin qarşısı alınmağa çalışılıb. Eyni zamanda rus bölməsi müəllimləri üçün xüsusi demo testlər və izahlı nümunələr təqdim olunub ki, bu da onların əvvəlcədən imtahan formatına hazırlıqlı olmasını təmin etməlidir.Bununla belə, hələ də müəyyən narahatlıqlar qalır. Xüsusilə regionlarda rus bölməsində tədris edən müəllimlərin çoxunun metodik hazırlığı və imtahan formatı ilə bağlı resurslara çıxışı məhduddur. Əgər bu il də suallar real dərs şəraitindən uzaq, yalnız nəzəri biliklərə əsaslanacaqsa, yenidən haqlı narazılıqlar yarana bilər”.

Ekspert bildirib ki, hazırda Azərbaycanda ümumi təhsil müəssisələrinin 10%-dən azında rus bölməsi mövcuddur və bu bölmələrdə müəllim hazırlığı sistematik aparılmır:

“Nəticədə həmin müəllimlər üçün testlər təkcə qiymətləndirmə yox, həm də sistemin özünün onlara münasibətini göstərən indikator kimi çıxış edir. Bu baxımdan bu il keçiriləcək imtahanın nəticələri yalnız fərdi qiymətləndirmə yox, həm də təhsil siyasətinin inklüzivlik və ədalətlilik meyarları ilə nə dərəcədə uyğunlaşdığını göstərəcək. Yekun olaraq, bu il rus bölməsi müəllimlərinin gözləntisi odur ki, suallar daha şəffaf, bölməyə uyğunlaşdırılmış və pedaqoji reallıqlara yaxın olacaq. Əgər bu təmin olunarsa, nəticələr daha obyektiv, narazılıqlar isə az olacaq. Əks təqdirdə isə, rus bölməsində çalışan müəllimlərin dövlət sisteminə olan etibarı daha da zəifləyə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri