Icma.az
close
up
RU
​“BU YANAŞMA VƏTƏNDAŞLARDA NARAZILIQ YARADIR...” Ekspertdən mühüm AÇIQLAMA

​“BU YANAŞMA VƏTƏNDAŞLARDA NARAZILIQ YARADIR...” Ekspertdən mühüm AÇIQLAMA

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda kartla ödənişlərin və rəqəmsal bank xidmətlərinin istifadəsi sürətlə artır. Bununla yanaşı, nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində müxtəlif təşviqedici addımlar da atılır. Bununla belə, gündəlik alış-verişdə və bir sıra xidmət sahələrində nağd puldan istifadə hələ qalmaqdadır. 

Bəs gələcəkdə Azərbaycanda nağdsız ödənişlər tam üstünlük qazana bilərmi, yoxsa nağd pul uzun müddət dövriyyədə qalacaq?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, ticarətdə nağdsız ödənişlərin genişlənməsi mərhələli şəkildə gizli iqtisadiyyatın qarşısının alınmasına və iqtisadiyyatın sağlamlaşmasına xidmət edir.

Onun sözlərinə görə, bununla yanaşı, nağdsız ödəniş sistemində müəyyən problemlər və neqativ hallar mövcuddur: “Bu problemlərdən biri kartdan karta köçürmələrdən sui-istifadə hallarıdır. Məsələn, mağazada satıcı deyir ki, nağd pulunuz yoxdursa, məbləği birbaşa kartıma köçürün. Kartdan karta edilən bu cür ödənişlər faktiki olaraq gizli iqtisadiyyatın bir formasıdır və iqtisadiyyata heç bir fayda vermir. Qanunvericilikdə bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulub və artıq müvafiq tədbirlər görülür. Ödənişlər POS-terminallar vasitəsilə həyata keçirildikdə həm şəffaflıq təmin olunur, həm də iqtisadiyyatın inkişafına töhfə verilir”.

Ekspert vurğulayıb ki, cəmiyyətdə hər kəs, vəzifəli və ya vəzifəsiz, işləyən və ya işsiz, pensiyaçı nağdsız ödənişlərin genişlənməsinin əhəmiyyətini dərk etməlidir: “Bu, hər birimiz üçün lazımdır. Sağlam iqtisadiyyat sağlam gələcəyin təminatıdır. Biz bunu özümüz, övladlarımız və gələcək nəsillər üçün etməliyik. Nağdsız ödənişləri təşviq etmək üçün stimullaşdırıcı mexanizmlər daha da genişləndirilməlidir. ƏDV geri al proqramını buna uğurlu nümunə kimi göstərmək olar. Nağdsız ödəniş zamanı daha yüksək ƏDV geri al faizi tətbiq olunur. Bundan əlavə, bankların və ticarət obyektlərinin təqdim etdiyi keşbek və bonus proqramları da vətəndaşları nağdsız ödənişə həvəsləndirən effektiv vasitələrdir.”

Bununla yanaşı, ekspert kartdan karta köçürmələrə nəzarət zamanı bəzi hallarda vətəndaşların əsassız çətinliklərlə üzləşdiyini bildirib. O qeyd edib ki, Vergi Xidməti banklara şübhəli əməliyyatların araşdırılması ilə bağlı tapşırıqlar verir və bəzi hallarda bu yoxlamalar həddindən artıq sərt tətbiq olunur.

Fuad İbrahimov bununla bağlı şahidi olduğu iki hadisəni misal çəkib. Onun sözlərinə görə, müəllimlərdən birinin kartı 8 Mart bayramı ərəfəsində bloklanıb. Səbəb isə şagirdlərin müəllimə hədiyyə almaq üçün hərəsinin 5 manat olmaqla vəsaiti həmin karta köçürməsi olub. Sistem bunu şübhəli əməliyyat kimi qiymətləndirib və müəllimin kartı bağlanıb.

Digər hadisədə isə Lerikdə yas mərasiminə gedə bilməyən qohumlar başsağlığı məqsədilə bir nəfərin kartına 10-15 manat məbləğində vəsait köçürüblər. Bu əməliyyat da şübhəli hesab edilərək kart bloklanıb.

Ekspert qeyd edib ki, belə hallarda vətəndaşlar bankın baş ofisinə çağırılır, onlardan əməliyyatların mahiyyəti barədə izahat alınır və yalnız bundan sonra kartlar yenidən aktivləşdirilir: “Bu yanaşma vətəndaşlarda narazılıq yaradır. Vətəndaşı banka çağırmaq əvəzinə, telefonla əlaqə saxlamaq və əməliyyatın mahiyyətini dəqiqləşdirmək mümkündür. İnsanları səbəbsiz yerə çətin vəziyyətə salmaq düzgün deyil. Son dövrlərdə texniki problemlər səbəbindən də bir çox vətəndaşın kartları və elektron cüzdanları müvəqqəti bloklanıb. Belə hallarda fərdi yanaşma tətbiq edilməli, aidiyyəti olmayan şəxslər əsassız şəkildə məhdudiyyətlərlə üzləşməməlidirlər”.

Ekspert hesab edir ki, həddindən artıq sərt nəzarət əks nəticə verə bilər: “Bu sistem çox həssasdır. Əgər vətəndaş bir neçə dəfə əsassız problemlə üzləşərsə, nəticədə nağdsız ödənişdən imtina edəcək və yenidən nağd ödənişə üstünlük verəcək. Bu isə gizli iqtisadiyyatın yenidən stimullaşmasına səbəb ola bilər.

İstənilən halda Mərkəzi Bank vəziyyəti nəzarətdə saxlayır. Bununla belə, nəzarət tədbirləri həyata keçirilərkən vətəndaşların rahatlığı və hüquqları da nəzərə alınmalıdır”.

Oğuz Ayvaz 

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Avqust 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri