Icma.az
close
up
RU
Rus diplomat yolda saxlanıldı, səfirlik etiraz etdi

Rus diplomat yolda saxlanıldı, səfirlik etiraz etdi

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Buenos-Ayresdəki səfirliyi Rusiya diplomatının yolda yoxlanılması ilə bağlı Argentina Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın rəhbəri Dmitri Feoktistov məlumat verib:

"Mən Argentina Xarici İşlər Nazirliyinə və Təhlükəsizlik Nazirliyinə növbəti etiraz notası göndərməli oldum. Biz ilk dəfə dekabrın 25-də, sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısının alınması üçün ümumi yoxlama çərçivəsində üç avtomobilimizin saxlanıldığı hadisədən sonra nota yazmışdıq. Nəticədə, Xarici İşlər və Təhülksəzilik Nazirlikləri bizdən üzr istədi. Təəssüf ki, tarix təkrarlandı”, - deyə o, jurnalistlərlə söhbətində bildirib.

"Bu dəfə diplomatik nömrəli avtomobil şəhərdən kifayət qədər uzaqda, paytaxtdan təxminən 200 km aralıda, Buenos-Ayres əyalətində saxlanılıb. Amma bu, beynəlxalq hüquq normalarına dəfələrlə etinasızlığı heç bir şəkildə izah etmir. Əvvəlki hadisədə olduğu kimi, Rusiya xarici qurumlarından birinin rəhbəri olan əməkdaşımız heç nədə şübhəli bilinmir. O, heç bir yol hərəkəti qaydalarını pozmayıb, təhlükəli manevrlər etməyib. Lakin ondan hətta baqajda silah olub-olmadığını soruşublar. Bizə qarşı bu qərəzli münasibət bizi bir daha təşvişə salıb və bu barədə Argentina rəhbərliyinə məlumat verib, belə hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsini tələb etmişik”, - deyə səfir əlavə edib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Fevral 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri