Icma.az
close
up
RU
“Rus Evi” nin əsl sifəti ifşa olundu Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

“Rus Evi” nin əsl sifəti ifşa olundu Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif səviyyələrdə onun işinin bərpasına çalışıb və hazırda da çalışmaqdadır. Lakin Kremlin agent şəbəkəsinə, Rusiyanın siyasi təsirinə və bir çox digər qaranlıq işlərə xidmət edən bu təşkilatın Bakıda bərpa edilməsinə hələlik Kreml nail ola bilməyib.

“Rossotrudniçestvo”-nun qurumu olan “Rus Evi”-nin gerçək sifəti, nə ilə məşğul olduğu Qırğızıstanda da ifşa olunub. 

“AzPolitika” xəbər verir ki, Qırğızıstanın Oş şəhərindəki “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək həbs edilib. Rusiya mətbuatı xəbər verir ki, onun barəsində iyunun 17-dək həbs qətimkan tədbiri seçilib. Sekerinanı muzdluların toplanması, maliyyələşdirilməsi və təmin edilməsi maddəsi ilə (Qırğızıstan Cinayət Məcəlləsinin 416-cı maddəsinin 1-ci hissəsi) 7 ildən 15 ilədək həbs cəzası gözləyir.


Sekerina ilə yanaşı, Oş meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha 4 nəfər saxlanılıb.

Bişkekin Pervomayski Rayon Məhkəməsinin mətbuat xidməti press-relizlərdə iş üzrə saxlanılan müttəhimlərin adlarının baş hərflərini göstərib. Bundan başqa, cinayət işinin Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTK) tərəfindən də başlandığı məlum olub.

Həbs edilən ikinci şəxs Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkindir. O, Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsi və 416-cı maddəsinin 1-ci hissəsi (“Başqa dövlətlərin silahlı münaqişələrində istifadə məqsədi ilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanmasının təşkili”) ilə ittiham olunur.

Sekerinanın “facebook” səhifəsində Lapuşkinin iştirak etdiyi Oşdakı “Rus Evi”ndə keçirilən tədbirlərdən materiallar və videolar yerləşdirilib.

Bu iş üzrə Sekerina və Lapuşkindən başqa daha iki nəfər saxlanılıb. Onların kimliyi hələlik məlum deyil.

Qırğızıstanda bir neçə vətəndaş əvvəllər Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyinə görə məhkum edilib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri