Icma.az
close
up
RU
Rus faşizmi Putin Rusiyası bölgə üçün ciddi təhdidə çevrilib Müharibə başladı KONKRET

Rus faşizmi Putin Rusiyası bölgə üçün ciddi təhdidə çevrilib Müharibə başladı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın indiki və tarixi dövrdə digər xalqlara, xüsusən də türk və müsəlman icmalarına qarşı apardığı siyasət həm siyasi, həm ideoloji, həm də hüquqi aspektdən dərindən təhlil olunmalıdır. Bu mövzu ətrafında geniş və analitik bir yazı hazırlamaq elə də çətin deyil. Çünki faktlar göz qabağındadır.

Rusiyada şovinizm və diskriminasiya Vladimir Putin hakimiyyətə gəldikdən sonra yeni mərhələyə qədəm qoyub. Putinizm imperiya mirasının məğzi olan şovinizmi daha qəddar formada icra edir.

Məlum olduğu kimi, Rusiya imperiyası və daha sonra Sovet İttifaqı əsrlər boyu qeyri-rus xalqlara qarşı assimilyasiya, məcburi köçürmələr, repressiyalar və mədəniyyətlərin məhvi siyasəti yürüdüb. Bu siyasət sadəcə siyasi deyil, həm də dərin ideoloji təməllərə söykənirdi: ruslar “böyük xalq” kimi təqdim olunur, digər xalqlar isə aşağılanır. Bu, bütün dövrlərdə sistemin ideoloji əsasını təşkil edir.

Putin zamanında şovinizm təkcə dövlət siyasətinə çevrilmir, imperializmin ciddi atributu kimi təqdim olunur. Əgər bu siyasət sovet dövründə müəyyən ideoloji proseslərdə gizlənirdisə, Putin hakimiyyəti dövründə bu siyasət daha sərt və açıq formaya keçib. Bu gün rus olmayanlara qarşı diskriminasiya artıq sistemli hal alıb. Azərbaycanlılar, özbəklər, qırğızlar, çeçenlər, başqırdlar, tatarlar və digər müsəlman xalqlar gündəlik həyatlarında hüquq-mühafizə orqanlarının və cəmiyyətin basqısı ilə üz-üzədirlər.

Yadınızdadırsa, bir neçə il bundan əvvəl Oleq Şerbakov adlı adi bir vətəndaşın məişət zəminində azərbaycanlı şəxs tərəfindən öldürülməsi Rusiyada süni şəkildə ajiotaj yaratmış, qatı millətçilik hissləri ilə azərbaycanlı təhqir olunmuş şəkildə Rusiya daxili işlər nazirinin qəbuluna aşağılayıcı, iyrənc şəkildə gətirilmişdi. Hələ o vaxt Azərbaycan cəmiyyəti bu “tamaşanı” ikrah hissi ilə qarşılamış, sosial şəbəkələrdə rəsmi Moskvaya etiraz səsləri ucalmışdı. Taciklərə qarşı da eyni hal baş vermişdi. Moskvada terrorçulardan bəzilərinin tacik olması faktı aşkarlandıqdan sonra bütün tacik miqrantlara müharibə elan edilmişdi. Ağına-bozuna baxılmadan əksər taciklər hüquq-mühafizə orqanlarında işgəncələrə məruz qalır, deportasiya edilirdilər.

Bəli, Putin rejimi bu şovinizmi siyasi silaha çevirərək daxili problemləri gizlətmək, xalqı vahid düşmən obrazı ətrafında səfərbər etmək üçün məharətlə istifadə edir.

Bu gün Ukraynada baş verənlər bu siyasətin əsl faciəsini ortaya çıxardı. Putinin bu yaxınlarda “Bütün Ukrayna Rusiyanındır”, onun ardınca isə rus əsgərinin dəydiyi hər torpaq bizimdir ifadəsi imperializmin ən həyasız şəkildə təzahürü və təqdimatıdır.

Əgər Rusiya dil və din baxımından eyni olan ukraynalılara qarşı soyqırımı və şəhərlərin yerlə-yeksan edilməsini reallaşdırırsa – Buça, Mariupol, Xarkov nümunəsində olduğu kimi – digər xalqlara qarşı daha qəddar siyasətin həyata keçirilməsi bu baxımdan təəccüb doğurmamalıdır.

Ümumiyyətlə, Rusiya-Çeçen müharibələrindən sonra bir daha islamofobiya və müsəlman xalqlara qarşı təzyiqlər Putinin səyi nəticəsində ümummilli məsələ kimi qoyulmağa başladı.

Bu gün sözügedən ölkədə müsəlmanlara qarşı münasibət özünü açıq şəkildə göstərir:

Məscidlərin sayı süni şəkildə azaldılır,

Hicab, oruc və dini simvollara qarşı qadağalar genişlənir,

Qanuni mitinqlər zorla dağıdılır,

Media vasitəsilə müsəlmanlar “təhlükə” kimi təqdim olunur.

Rus Pravoslav Kilsəsi isə bu siyasətin ideoloji dəstəkçisi kimi çıxış edir. Kilsənin bəyanatları, tarixə münasibəti və dövlətlə əlaqələri islamofob yanaşmanın yayılmasında mühüm rol oynayır.

Putin faşizm ideyalarının icrasını hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirir. Yeni dövrün skinhedləri bu işi qəddarlıqla bacarır.

Xatirinizdədirsə, 1990-cı illərdə Rusiya şəhərlərində rus vətəndaşları etnik azlıqlara qarşı dəhşətli hücumlar həyata keçirirdi. Sonra bu cür kriminal qruplar skinhed kimi tanınmağa başladı. Az sonra məlum oldu ki, bu qruplarının arxasında birbaşa dövlət dayanıb. Sonralar skinhedlər səhnədən çıxdı. Beləliklə, skinhed hərəkatını birbaşa polis, OMON və FSB davam etməyə başladı. Yekaterinburqda azərbaycanlılara qarşı baş verən son hadisələr bu qəddarlığın növbəti nümunəsidir.

Polis və təhlükəsizlik orqanları “etnocinayətkarlıq” kimi anlayışlar uyduraraq, rus olmayan millətlərin nümayəndələrini avtomatik olaraq cinayətkar kimi təqdim edir.

Əlbəttə, bu işdə Rusiya dövlət televiziyası və mətbuatı mütəmadi olaraq etnik azlıqları hədəfə alır. Azərbaycanlılar və Orta Asiyadan olanlar tez-tez “qeyri-mədəni”, “təhlükəli” və “yad” kimi təsvir olunur. Bu yanaşma ictimai rəyi formalaşdırır və hüquq-mühafizə orqanlarının qəddarlığına bəraət verir.

Gəlin Azərbaycana qarşı yürüdülən siyaysətdən danışanda bu tarixi faktları unutmayaq:

1990 – cı ildə 20 Yanvar qırğını

Xocalı soyqırımı zamanı ermənilərə hərbi-siyasi dəstək

Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında saxlanması

2020 və sonrası dövrdə Rusiya sülhməramlılarının fəaliyyəti və təxribatlar

Azərbaycan təyyarəsinin vurulması

Rusiya tərəfindən kiberhücumlar

Azərbaycana yaxın deputatların, jurnalistlərin susdurulması, hətta həbsi

Bütün bunlar onu göstərir ki, Rusiya dövləti rəsmi olaraq humanizm ritorikası ilə faşizmi təqdim edir.

Görünən odur ki, Rusiya həyasızcasına beynəlxalq səviyyədə “multikulturalizm”, “sülh” və “anti-faşizm” şüarları ilə çıxış etsə də, daxilində tam əksi – şovinizm, islamofobiya və etnik diskriminasiya siyasətindən geri çəkilmək istəmir.

Bu siyasət həm Rusiyanın öz vətəndaşları üçün faciədir, həm də qonşu xalqlar üçün bir təhlükə mənbəyidir. Proseslər onu göstərir ki, faşizm hərəkətlərinin intensivləşməsi istər Cənubi Qafqaz regionunda, istər Orta Asiyada, istərsə də Avropa ilə sərhədlərdə yeni müdaxilələrinin siqnalı verilir. Bu gün Ermənistanda revanşist qüvvələrin, kilsənin daha da aktivləşməsi yeni təhlükədən xəbər verir. Azərbaycan kimi digər ölkələr də bunu anlayır, yeni dünya düzənində təhlükəsizlik sisteminin formalaşdırılması üçün daha ciddi və fundamental addımlar atır.

KONKRET.az-ın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyun 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri