Icma.az
close
up
RU
“RUS MƏKTƏBLƏRİNİN QARANLIQ TƏRƏFLƏRİNİ GÖRMÜRÜK...” “Pozğun bir ailənin üzvləri kimiyik...”

“RUS MƏKTƏBLƏRİNİN QARANLIQ TƏRƏFLƏRİNİ GÖRMÜRÜK...” “Pozğun bir ailənin üzvləri kimiyik...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz rusların Azərbaycanda açdıqları məktəblərin aydınlıq tərəfini görürük, amma onun qaranlıq tərəfini görmürük".

"AzPolitika" bildirir bunu tanınmış yazıçı, şair Aqşin Yenisey deyib.

O, rus məktəblərinin “qaranlıq tərəfinə” baxmağı təklif edir: "Bu məktəblər birmənalı olaraq idarəetməni asanlaşdırmağa xidmət edən yerli bürokratlar yetişdirmək üçün açılmışdı. Fitrətində məmurluq olmayanlar yazıçı, şair, bəstəkar oldular.

Yerdə qalan məzunlar idarəetmə işinə cəlb olundular. Bir haşiyə çıxım: öz xalqının qüsurlarını görməklə, öz xalqında qüsur görmək ayrı-ayrı mətləblərdir.

Bu rus məktəblərinin tələbələrinə məhz ikincisi aşılanırdı: öz xalqında qüsur görmək. Bu rus məktəblərində yetişən maarifçiləri qoyaq bir qırağa. Deyək ki, maarifçiliyin fəlsəfəsi bunu tələb edirdi.

Amma bürokratların öz xalqına ikrahla baxması və bunu idarəetmə ənənəsinə çevirməsi bütün cəmiyyət həyatını məhv etdi. Bürokratiya ilə xalq arasında bu məktəblərin bürokrat məzunları elə bir uçurum yaratdılar ki, biz bu gün də o uçuruma bütöv ailələri, hətta bütöv nəsilləri atsaq da, dolmaq bilmir.

Xalq həyatını təhlükəyə atan bütün bürokratik biganəlik bu rus-müstəmləkə məktəblərinin yaratdığı öz doğma xalqına ikrahla yanaşmaq ənənəsindən qaynaqlanır. Bu inzibati ənənənin təmsilçilərinin Roma tanrısı Yanus kimi iki sifəti vardı, xalqa nifrət edən sifəti bizə baxırdı, müstəmləkəçiliyə sevgiylə xidmət edən sifəti Rusiyaya.

Bu gün də Azərbaycanda istər inzibati, istər mədəni-ədəbi mühit bu cür iki səmtə baxan ikisifətli yanuslarla doludur. Hamısı da məşhurdur, ad çəkməyə ehtiyac yoxdur. İslahat istəyiriksə, yüz əlli il geriyə qayıdıb təhsil vasitəsilə yuyulmuş beyinlərin yaratdığı bu inzibati müstəmləkə ənənəsini yox etməliyik. Biz bir evdə yaşayan, amma bir-birinə ikrahla baxan pozğun bir ailənin üzvləri kimiyik.

Məsələnin kökü budur".

"AzPolitika"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri