Icma.az
close
up
RU
Rus PUA ları Polşada: NATO hücum kimi qəbul etsə…

Rus PUA ları Polşada: NATO hücum kimi qəbul etsə…

Icma.az bildirir, Axar.az portalına istinadən.

Çox güman ki, bu dronlar qəsdən Polşa istiqamətinə göndərilməyib, sadəcə idarəetmə itirilə bilər. Çünki onlar Belarus ərazisindən keçərək Polşaya daxil olublar və Belarus tərəfi də bu dronların bir hissəsini zərərsizləşdirib. Buna görə də ehtimal olunur ki, bu, təsadüfi hal ola bilər. Lakin bütün bunlar göstərir ki, müharibənin davam etməsi region üçün böyük təhlükələr yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya dronlarının Polşa hava məkanına daxil olması məsələsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, NATO ölkələrinin hava məkanının pozulması ilə bağlı legitim addımlar atmaq hüququ var:

“Hadisələr göstərir ki, bu istiqamətdə müzakirələr aparılır. Polşa tərəfi NATO nizamnaməsinin 4-cü maddəsini əsas tutaraq müttəfiqləri məsləhətləşmələrə dəvət edir. Bu cür insidentlərin hücum aktı kimi qiymətləndirilməsi siyasi qərardır. Əgər NATO ölkələri bunu hücum kimi qəbul edərsə, Polşa da öz mövqeyini ortaya qoymalı olacaq”.

Vəlizadə bildirib ki, hadisələrin hücum aktı kimi qiymətləndirilməsi eskalasiyaya yol aça bilər:

“Əgər Polşa adekvat addım atarsa, bu, hərbi toqquşma riskini artıracaq. Ona görə həm NATO, həm də Polşa tərəfi belə addımlar atmaqda tərəddüd edir. Amma proseslər göstərir ki, bu, istisna deyil. Belə olan halda Rusiya-NATO münasibətlərinin daha da gərginləşməsi qaçılmaz olacaq. Bu isə həm Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri zəiflədəcək, həm də yaxın gələcəkdə aparıla biləcək dialoqu mənfi təsirləndirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri