Icma.az
close
up
RU
Rusiya 1,3 milyard dollarlıq brilyantı sata bilmir

Rusiya 1,3 milyard dollarlıq brilyantı sata bilmir

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

...Qərbin sanksiyalarına məruz qalan Rusiyanın və dünyanın ən böyük almaz istehsalçısı olan “Alrosa” dövlət korporasiyası satılmamış daş ehtiyatında kəskin artımla üzləşib.

SİA-nın məlumatına görə, bunu “The Moscow Times” yazır.

Şirkətin bu günlərdə dərc olunmuş IFRS hesabatına görə, 2024-cü ilin sonunda “Alrosa” 129,9 milyard rubl və ya 1,3 milyard dollar dəyərində satılmamış məhsul yığılıb.

Bir il ərzində dünyanın ən böyük idxalçısı olan Hindistan onları almağı dayandırdıqdan sonra “Alrosa”-nın almaz ehtiyatları 1,5 dəfə və ya 45,3 milyard rubl artıb.

Sentyabrda Hindistan bazarına tədarükün azalması 96 faizə çatıb.

İlin sonunda “Alrosa” gəlirlərinin 26 faiz, EBITDA-nın demək olar ki, yarısı və xalis mənfəətinin 4,4 dəfə azalaraq 19,3 milyard rubla düşdüyünü bildirib.

PSB-nin analitiki Yevgeni Loktyuxov qeyd edir ki, şirkətin nəticələri “gözlənildiyi kimi zəifdir.

“Alrosa” ilin ikinci yarısını 17,3 milyard rubl xalis zərərlə, ili isə pul çatışmazlığı ilə başa vurub. Onun sərbəst pul axını mənfi olub: hesablara daxilolmalar xaricdən 17,6 milyard rubl az, xalis borc isə üç dəfə artaraq 107,9 milyard rubla çatıb.

Şirkət öz hesabatında qeyd edir ki, “Alrosa”-nın biznesi zərgərlik məmulatlarına tələbin azalması, almaz kəsənlərdə əhəmiyyətli almaz ehtiyatları, Mərkəzi Bankın əsas faiz dərəcəsinin artması, inflyasiya və gəlir vergisinin artması səbəbindən təzyiq altındadır.

2022-ci ildən “Alrosa” Qərbin sanksiyaları altındadır və 2024-cü ilin əvvəlindən G7 ölkələri onun almazlarına embarqo qoyub.

Ötən ilin martından Rusiya mənşəli almazların üçüncü ölkələr vasitəsilə idxalı da qadağan edilib.

...Noyabr ayında “Alrosa”-nın baş direktoru Pavel Marinıçev şirkətin bəzi ən az gəlirli sahələrin işlənməsini dayandırmaq, həmçinin işçilərinin bir qismini ixtisar etmək məcburiyyətində qalacağını bildirib. Marinıçevin sözlərinə görə, “Alrosa” menecerlərə, mütəxəssislərə və işçilərə maaş verməklə əmək haqqı fondunu 10 faiz azaldacaq, həmçinin yarım-ştat iş və ödənişsiz məzuniyyət tətbiq edəcək.

Sənaye hazırda daha bir böhran yaşayır. Özü də bu böhran olduqca dərindir.

Bunu da Marinıçev deyib.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Mart 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri